
Şair Vaqif Bəhmənli istefa ərizəsi yazıb. AYB.az xəbər verir ki, bu barədə şair öz facebook səhifəsində xəbər yayıb. Vaqif Bəhmənli jurnalistlərə müraciət edərək onlardan bu məsələyə diqqətli yanaşmalarını xahiş edib. Şairin həmin açıqlamasını olduğu kimi təqdim edirik.
"Hörmətli jurnalistlər, əziz həmkarlar! Mədəniyyət və Turizm Nazirliyindəki işimlə bağlı göstərdiyiniz hədsiz marağı nəzərə alıb bildirirəm ki, həqiqətən də mən yaradıcılıq işlərimin vacibliyi və sıxlığı səbəbindən Nazirliyin rəhbərliyinə tutduğum vəzifədən azad olunmağım üçün yazılı ərizə vermişəm. Eyni zamanda şifahi olaraq xahiş etmişəm ki, müraciətimə mənim istəyimə uyğun yanaşılsın. Yəqin ki, tezliklə məsələ həllini tapar.
Adi və gündəlik həyat hadisəsini müzakirə mövzusuna çevirməyəcəyinizə görə sizə bəri başdan təşəkkürlərimi bildirirəm.
Hörmətlə, Vaqif Bəhmənli".

Xatırladaq ki, Vaqif Bəhmənli 2006-cı ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri vəzifəsində çalışır.
AYB.az