![]() |
![]() ![]() |
В Кыргызском национальном академическом театре им. А.Малдыбаева вчера прошла встреча с народным писателем Азербайджана Анаром (Рзаевым).
("Alyoşa əfsanəsi" povestindən parça)
Soyuqdan dona-dona bir-birinə sığınıb sabahın açılmasını gözlədilər.
Bakıdan bir neçə jurnalistin daxil olduğu helikopter Xocalının üzərindən Ağdama doğru hərəkət edirdi. Görünməz bir dərənin üzərindən keçəndə birdən rus pilot dedi:
-Oraya baxın, aşağı.
O dövrdə öz cəsarətli çəkilişləri ilə cəbhə bölgəsində böyük hörmət qazanmış telejurnalist Çingiz Mustafayev də helikopterdə idi. O pilotun sözlərini eşidib aşağı boylananda dəhşətə gəldi; neçə-neçə insan cəsədi qarın üstündə hərəkətsiz uzanmışdı.
-En, en aşağı- Çingiz dedi pilota.
-Yox, enə bilmərəm! Təhlükəlidir. Ermənilər hər an bizi vura bilərlər-pilot xəbərdarlıq etdi.
-Xahiş edirik, vertolyotu bir az aşağı endir, biz paraşütlə tullanarıq.
-Çox xahiş edirik, enin aşağı-dedi Seyidağa Mövsümov.
Pilot bir söz demədi. Ora-bura boylanıb vertolyotu aşağı endirməyə başladı. Çigiz də, helikopterdə olan Mais Məmmədov da, Seydağa Mövsümov da, rus jurnalist də, pilot da dəhşətə gəlmişdilər. Belə qətliam görünməmişdi. Körpələr, qocalar, qadınlar amansızlıqla qətlə yetirilmiş, gözləri çıxarılmış, başları kəsilmişdi. Çingiz ağlaya-ağlaya çəkirdi.
-Başını qaldır, başını. Ay Allah...
Hər zaman təmkini ilə fərqlənən türk kişiləri bu vəhşəti görüb dözə bilmədilər. Göz yaşları sel kimi axırdı. Çingizin lentə aldığı bu kadrlar sonralar dünya əhalisinə ermənilərin iç üzünü açıb göstərəcəkdi.
Camaat üç gündü ki, meşədəydi. Aclıq, susuzluq onları taqətdən salmışdı. Yaralılar, qocalar və körpə uşaqlar soyuqdan donurdular. Cavan bir gəlinin qucağındakı çağa kirimək bilmirdi.
Çağanın başını aldatmaq üçün döşünü uşağın ağzına salır, çağa isə heç nə
gəlmədiyini görüb daha da bərkdən çığırırdı
-Qorxudan döşdə süd qalar, ay bala,-dedi Səmayə xala. Birtəhər uşağın başını qat, bu nankorlar eşidib dalımızca düşərlər.
-Sus! Kiri, bala!Gəlin çağanın qulağına pıçıldayırdı. Ermənilər bu dəqiqə gələcək-deyə çağanın qulağına pıçıldayırdı ana. Sanki çağa hər şeyi başa düşəcəkdi. Çağa daha da bərkdən ağlamağöa başladı. Bu vaxt meşədən səs eşidildi. Hamı donub qaldı. Ana əlləri ilə çağanın ağzını bərk-bərk tutub sinəsinə çəkdi. Bir neçə dəqiqə keçdi. Səs-səmir yox idi. Çağa da susmuşdu. Daha ağlamırdı. “Ay mənim ağılı balam!”-ana ürəyində dedi. Başa düşüb ki, düşmən gələ bilər.
Ana zəndlə ciyərparasının üzünə baxdı. Çağa hərəkətsizdi.
-Ay Allah, mən nə etdim? –Ananın bağırtısı meşədə əks-səda verdi.-Uşağımı öldürdüm! Allah szə qənim olsun, əcalaf ermənilər!
Cavan gəlin höhkürtü ilə ağlamağa başlamışdı. Hamı donub qalmışdı. Artıq heç nə vecinə deyildi ananın. Ciyərparası ölmüşdü.
-Sus! Ay Güllər, qızım, sakit ol. Qurban olum!-dedi Həmayil xala.- Bu Allahsızlar indi gəlib bizi yaxalarlar.
-Ay Həmayil xala, balam gedib ey... Gözümün işığı. Mən elədim. Allah məni öldürsün!-Dişləri ilə dodaqlarını elə sıxdı ki, qan çənəsindən üzüaşağı axmağa başladı. Birdən gəlin çağasına baxıb gülməyə başladı. Deyəsən ağlını itirirdi. “Vay, yazıq!!-düşünürdü camaat. “Allah bu qansızların evini yıxsın!"
-Ana, ana, niyə gülürsən?-yanıyca gedən dörd yaşlı qızı Məleykə deyirdi.
-Qaqaşın gör nə qəşəng yatıb ey, qızım! Bax...
Hamı təəssüflə bu mənzərəni seyr edirdi. Ahıl yaşlı Səriyyə xala daha yeriyə bilmirdi. Dala qalırdı. Qəflətən qarın üzərinə yıxıldı. Onu ayağa qaldırmaq istəyirdilər ki, bu vaxt kolların arasından xışıltı eşidildi. Camatın damarlarında qanı dondu. İndi ermənilər gəlib onları tutacaqlar, əsir götürəcəklər. Kişilər cibində oilan bıçağa əl atdılar. Son nəfəslərinə qədər vuruşacaqdılar, amma düşmən əlinə verməyəcəıkdilər qadınları, qızları. Nəfəs belə çəkmirdilər.
-Qoxmayın, mənəm!-kimsə pıçıltı ilə dedi.
-Ah, Alyoşa, oğlum, sənsən-Muğan kişi sevincindən ağladı.
-Mənəm, mənəm, narahat olmayın. Adamları sakitləşdirdi. Hamı ağlıyırdı. Alyoşanı görəndə hamı özünü artıq Azərbaycan torpağında hiss etdi
Alyoşa qarın içində huşsuz vəziyyətdə uzanıb qalmış Səriyyə xalanı qucağına aldı.
-İndi sizi burdan xilas edəcəm. buraları qarış-qarış tanıyıram. Qorxmayın
–Allah köməyin olsun, bala!-Səriyyə xala zarıdı. .Sağ ol, ay bala-Həmayil xala ağlayırdı.
-Ana, darıxma, dar günün bir gen günü də var-dedi Alyoşa.
Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu stansiyasında anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktori olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının "Şərəf" ordeni (2011)[1] ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.
Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür.
Nəriman müəllimi 83 yaşı münasibətilə təbrik edirik!
AYB Mətbuat Xidməti
Bu ağappaq adam çox qəribə biri idi. Burda hamı onu Qar adamı deyə çağırırdı. Qəribə görünüşünə başqa bir qəribəlik də qatan saxladığı tısbağa idi. Onun tısbağanı bura necə gətirdiyini heç kim bilmirdi. O, öz tısbağası ilə ayrılmaz idi. Və hər yerə özü ilə aparırdı. Adəmin diqqətini çəkən bu adamın gün boyu təkrarladığı hərəkətlər idi. O, tısbağanı dəmir, paslı vedrəyə salır, tısbağa vedrədən çıxmaq üçün bir qədər canfəşanlıq etdikdən sonra kişi vedrəni çevirib onu azadlığa buraxırdı. Elə ki, tısbağa özünü güvənlikdə hiss edirdi, vedrəni maili şəkildə tısbağanın istiqamətləndiyi yolun önünə qoyurdu. Beləcə tısbağa da əmin hərəkətlərlə bu vedrənin içinə girir, həmin andaca kişi cəld vedrəni üzü yuxarı çevirib tısbağanı vedrənin içindəki təcridxanada tənhalığına atırdı. Kişi bunu tək-rarlamaqdan yorulmurdu. Kənardan baxanda tısbağaya əzab verən qırmızı gözlü bu adam sadistə oxşayırdı. Adəmin nəzərlərini öz üzərində tez-tez hiss etdiyindən kişi özü onunla söhbətə başladı.
– Sən dovşanla tısbağanın finişə çatmağı ilə bağlı əhvalatı eşitmisən?
– Bu mənim həyat devizim kimi bir şey idi. Nə zaman nəsə alınmasa həmişə öz-özümə təkrarlayıram ki, tısbağanın finişə birinci çatmaq şansı dovşanınkından heç də az deyil.
Öz sözləri Adəmin çöhrəsinə təbəssüm qondurdu.Çöhrəsi aydınlandı. Amma bu uzun sürmədi. Çünki Qar adamı onun kefini pozacaq növbəti sualı verdi:
– İndi də bu sözləri təkrarlayırsan özünə?
Kişi bu sualı verərkən qanlı gözləri ilə Adəmin düz gözünün içinə baxırdı. Adəm bu sual qarşısında aciz qaldı, iynə kimi gözünə batan bu baxışlardan gizlənmək istəyirdi.
Gənclər Şurası üzvlərinə vəsiqələr təqdim olunmuşdur
Fevral ayının 7-10-u arasında İtalyanın Milan şəhərində Cüzeppe Verdi Konservatoriyasının professoru Davide Qualtleri tərəfindən hazırlanmış Azərbaycan şairlərinin şeirlərindən ibarət kitabın təqdimat mərasimi keçiriləcəkdir. Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin katibləri – Xalq şairi Fikrət Qoca və Rəşad Məcid iştirak edəcəklər.
Kitaba daxil edilən şeirlər, əsasən Qarabağ mövzusundadır. Hər şeir Azərbaycan dilində olduğu kimi çap edilib, italyan dilinə tərcüməsi də verilib. Şeirlərin bir çoxuna italyan bəstəkarları tərəfindən musiqi bəstələnib. Hətta 2013-cü ildə kitabın hazırlanması ilə birbaşa məşğul olan italyan həmkarlarımız iki dəfə Azərbaycanda da olmuşdur. Bir dəfə də Azərbaycandan qatılan kiçik bir heyətlə Milan Konservatoriyasının müəllim və tələbələr ilə görüş keçirilmişdir.
Fevralın 8-də isə Cüzeppe Verdi Konservatoriyasında Azərbaycan və İtalya musiqiçiləri birgə “Nuhun gəmisidir yer üzü” adlı musiqi proqramı ilə çıxış edəcəklər.