![]() |
![]() ![]() |
Fevral ayının 7-10-u arasında İtalyanın Milan şəhərində Cüzeppe Verdi Konservatoriyasının professoru Davide Qualtleri tərəfindən hazırlanmış Azərbaycan şairlərinin şeirlərindən ibarət kitabın təqdimat mərasimi keçiriləcəkdir. Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin katibləri – Xalq şairi Fikrət Qoca və Rəşad Məcid iştirak edəcəklər.
Kitaba daxil edilən şeirlər, əsasən Qarabağ mövzusundadır. Hər şeir Azərbaycan dilində olduğu kimi çap edilib, italyan dilinə tərcüməsi də verilib. Şeirlərin bir çoxuna italyan bəstəkarları tərəfindən musiqi bəstələnib. Hətta 2013-cü ildə kitabın hazırlanması ilə birbaşa məşğul olan italyan həmkarlarımız iki dəfə Azərbaycanda da olmuşdur. Bir dəfə də Azərbaycandan qatılan kiçik bir heyətlə Milan Konservatoriyasının müəllim və tələbələr ilə görüş keçirilmişdir.
Fevralın 8-də isə Cüzeppe Verdi Konservatoriyasında Azərbaycan və İtalya musiqiçiləri birgə “Nuhun gəmisidir yer üzü” adlı musiqi proqramı ilə çıxış edəcəklər.