SÜDABƏ SƏRVİ

("Alyoşa əfsanəsi" povestindən parça)

 

Soyuqdan dona-dona bir-birinə sığınıb sabahın açılmasını gözlədilər.

Bakıdan bir neçə jurnalistin daxil olduğu helikopter Xocalının üzərindən Ağdama doğru hərəkət edirdi. Görünməz bir dərənin üzərindən keçəndə birdən rus pilot dedi:

-Oraya baxın, aşağı.

O dövrdə öz cəsarətli çəkilişləri ilə cəbhə bölgəsində böyük hörmət qazanmış telejurnalist Çingiz Mustafayev də helikopterdə idi. O pilotun sözlərini eşidib aşağı boylananda dəhşətə gəldi; neçə-neçə insan cəsədi qarın üstündə hərəkətsiz uzanmışdı.

-En, en aşağı- Çingiz dedi pilota.

-Yox, enə bilmərəm! Təhlükəlidir. Ermənilər hər an bizi vura bilərlər-pilot xəbərdarlıq etdi.

-Xahiş edirik, vertolyotu bir az aşağı endir, biz paraşütlə tullanarıq.

-Çox xahiş edirik, enin aşağı-dedi Seyidağa Mövsümov.

Pilot bir söz demədi. Ora-bura boylanıb vertolyotu aşağı endirməyə başladı. Çigiz də, helikopterdə olan Mais Məmmədov da, Seydağa Mövsümov da, rus jurnalist də, pilot da dəhşətə gəlmişdilər. Belə qətliam görünməmişdi. Körpələr, qocalar, qadınlar amansızlıqla qətlə yetirilmiş, gözləri çıxarılmış, başları kəsilmişdi. Çingiz ağlaya-ağlaya çəkirdi.

-Başını qaldır, başını. Ay Allah...

Hər zaman təmkini ilə fərqlənən türk kişiləri bu vəhşəti görüb dözə bilmədilər. Göz yaşları sel kimi axırdı. Çingizin lentə aldığı bu kadrlar sonralar dünya əhalisinə ermənilərin iç üzünü açıb göstərəcəkdi.

Camaat üç gündü ki, meşədəydi. Aclıq, susuzluq onları taqətdən salmışdı. Yaralılar, qocalar və körpə uşaqlar soyuqdan donurdular. Cavan bir gəlinin qucağındakı çağa kirimək bilmirdi.

Çağanın başını aldatmaq üçün döşünü uşağın ağzına salır, çağa isə heç nə

gəlmədiyini görüb daha da bərkdən çığırırdı

-Qorxudan döşdə süd qalar, ay bala,-dedi Səmayə xala. Birtəhər uşağın başını qat, bu nankorlar eşidib dalımızca düşərlər.

-Sus! Kiri, bala!Gəlin çağanın qulağına pıçıldayırdı. Ermənilər bu dəqiqə gələcək-deyə çağanın qulağına pıçıldayırdı ana. Sanki çağa hər şeyi başa düşəcəkdi. Çağa daha da bərkdən ağlamağöa başladı. Bu vaxt meşədən səs eşidildi. Hamı donub qaldı. Ana əlləri ilə çağanın ağzını bərk-bərk tutub sinəsinə çəkdi. Bir neçə dəqiqə keçdi. Səs-səmir yox idi. Çağa da susmuşdu. Daha ağlamırdı. “Ay mənim ağılı balam!”-ana ürəyində dedi. Başa düşüb ki, düşmən gələ bilər.

Ana zəndlə ciyərparasının üzünə baxdı. Çağa hərəkətsizdi.

-Ay Allah, mən nə etdim? –Ananın bağırtısı meşədə əks-səda verdi.-Uşağımı öldürdüm! Allah szə qənim olsun, əcalaf ermənilər!

Cavan gəlin höhkürtü ilə ağlamağa başlamışdı. Hamı donub qalmışdı. Artıq heç nə vecinə deyildi ananın. Ciyərparası ölmüşdü.

-Sus! Ay Güllər, qızım, sakit ol. Qurban olum!-dedi Həmayil xala.- Bu Allahsızlar indi gəlib bizi yaxalarlar.

-Ay Həmayil xala, balam gedib ey... Gözümün işığı. Mən elədim. Allah məni öldürsün!-Dişləri ilə dodaqlarını elə sıxdı ki, qan çənəsindən üzüaşağı axmağa başladı. Birdən gəlin çağasına baxıb gülməyə başladı. Deyəsən ağlını itirirdi. “Vay, yazıq!!-düşünürdü camaat. “Allah bu qansızların evini yıxsın!"

-Ana, ana, niyə gülürsən?-yanıyca gedən dörd yaşlı qızı Məleykə deyirdi.

-Qaqaşın gör nə qəşəng yatıb ey, qızım! Bax...

Hamı təəssüflə bu mənzərəni seyr edirdi. Ahıl yaşlı Səriyyə xala daha yeriyə bilmirdi. Dala qalırdı. Qəflətən qarın üzərinə yıxıldı. Onu ayağa qaldırmaq istəyirdilər ki, bu vaxt kolların arasından xışıltı eşidildi. Camatın damarlarında qanı dondu. İndi ermənilər gəlib onları tutacaqlar, əsir götürəcəklər. Kişilər cibində oilan bıçağa əl atdılar. Son nəfəslərinə qədər vuruşacaqdılar, amma düşmən əlinə verməyəcəıkdilər qadınları, qızları. Nəfəs belə çəkmirdilər.

-Qoxmayın, mənəm!-kimsə pıçıltı ilə dedi.

-Ah, Alyoşa, oğlum, sənsən-Muğan kişi sevincindən ağladı.

-Mənəm, mənəm, narahat olmayın. Adamları sakitləşdirdi. Hamı ağlıyırdı. Alyoşanı görəndə hamı özünü artıq Azərbaycan torpağında hiss etdi

Alyoşa qarın içində huşsuz vəziyyətdə uzanıb qalmış Səriyyə xalanı qucağına aldı.

-İndi sizi burdan xilas edəcəm. buraları qarış-qarış tanıyıram. Qorxmayın

–Allah köməyin olsun, bala!-Səriyyə xala zarıdı. .Sağ ol, ay bala-Həmayil xala ağlayırdı.

-Ana, darıxma, dar günün bir gen günü də var-dedi Alyoşa.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə