Yanvarın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın qanlı yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası nümayiş etdiriləcək.

Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, tamaşa “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təqdim olunacaq.

Azərbaycan xalqının tarixində çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsi olan 20 Yanvar şəhidlərinə həsr olunmuş tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. Nakam məhəbbət haqqında iki hissəli səhnə əsərinin tərtibatçı rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Səhnə əsərində əsas rolları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Günel Məmmədova, Mirzəağa Mirzəyev və başqaları ifa edəcəklər.

http://azertag.az/xeber/824050

AYB.az AzərTaca istinadən xəbər verir ki,  yannvarın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın qanlı yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası nümayiş etdiriləcək.

Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, tamaşa “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təqdim olunacaq.

Azərbaycan xalqının tarixində çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsi olan 20 Yanvar şəhidlərinə həsr olunmuş tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. Nakam məhəbbət haqqında iki hissəli səhnə əsərinin tərtibatçı rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Səhnə əsərində əsas rolları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Günel Məmmədova, Mirzəağa Mirzəyev və başqaları ifa edəcəklər.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə