![]() |
![]() ![]() |
Rusiya və Azərbaycan yazıçıları və jurnalistləri birliklərinin, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyətinin “Humay” mükafatının, A.Bakıxanov adına mükafatın, “Qızıl qələm” mükafatının laureatı, 30-dan çox kitabın, o cümlədən pyes, kinossenarisi və nəşr əsərlərinin müəllifi, professor, filologiya üzrə elmər namizədi Həsən Quliyev dekabr ayının 24-də vəfat edib.
H.Quliyev “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının qurucusu və rəhbəri idi. Bu assosiasiya Azərbaycanda rus dilinin qorunub saxlanmasına və inkişafına maraq göstərən insanları – Bakıdakı universitetlərin rus dili və ədəbiyyatı kafedralarının ədəbiyyatşünaslarını və dilçilərini, rusdilli dövri nəşrlərin jurnalistlərini, həvəskar və ya peşəkar səviyyədə ədəbi yaradıcılıqla məşğul olan, habelə kino sənətinə maraq göstərən yaradıcı insanları birləşdirirdi.
Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi professor Həsən Quliyevin ailə üzvlərinə dərin hüznlə baş sağlığı verir.
AYB.az