Fevralın 22-də görkəmli şair, yazıçı, dramaturq, pedaqoq Abdulla Şaiqin anadan olmasının 138-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda ədibin məzarı ziyarət edilib.

Ardını oxu...

Yanvarın 31-də paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsindəki Mədəniyyət evində Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə görkəmli şair Səməd Mənsurun (1879-1927) 140 illiyinə həsr olunmuş “Həpsi rəngdir” adlı ədəbi-bədii tədbir keçirilib.

Ardını oxu...

Azərbaycan İstiqlal Muzeyində Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyin təşkilatçılığı ilə də tanınmış şair İsmayıl İmanzadənin yaradıcılıq gecəsi keçirildi.

İsmayıl İmanzadə 1946-ci ildə Cəbrayıl rayonunun Mərcanlı kəndində anadan olub. Uzun müddət Cəbrayıl rayon məktəblərində müəllim, sonrakı illərdə dövlət qulluğu vəzifələrində çalışıb. Onun bütün yaradıcılığı doğma yurd yerində - Cəbrayılda keçib. 1993-cü ilin avqust ayında Cəbrayıl rayonu ermənilər tərəfindən işğal olunandan sonra onun taleyi Mingəçevir şəhəri ilə bağlı olub. 20 ildən artıqdır ki, AYB Mingəçevir bölməsinin sədridir. Bu müddət ərzində Mingəçevirdə ədəbi mühitin formalaşmasında onun böyük əməyi olmuşdur. 30-a yaxın ədəbi-bədii-publisistik kitabları çap olunub. Onun yaradıcılığında əsas yeri vətən, torpaq, yurd ağrıları təşkil edir. Doğma yurd yeri işğal olunandan sonra şairin bütün yaradıcılığı bu mövzu üzrə köklənmişdir. Bundan əlavə İ.İmanzadənin yaradıcılığında sevgi-məhəbbət motivləri, təbiət gözəlliklərinin təsviri əsas yer tutur.

Tədbirdə tanınmış incəsənət nümayəndələrinin ifasında şair İ.İmanzadənin sözlərinə bəstələnmiş musiqilər, şairin şerləri səsləndirildi .

Tədbirdə tanınmış ziyalılar, yazıçılar, şairlər, Cəbrayıl rayon İcra hakimiyyətinin nümayəndələri, Biləsuvar Regional Mədəniyyət İdarəsinin nümayəndələri və digər qonaqlar iştirak etdilər.