Yazıçı Bahar Bərdəlinin “İki əsrin hekayələri” adlı yeni kitabı işıq üzü görüb. Kitabda yazıçının XX əsrin sonu, XXI əsrin əvvəllərində yazdığı hekayələri toplanıb.

Müxtəlif anların məhsulu olan bu hekayələrdə Vətən, hələ də günümüzün ağrı- acısına çevrilmiş Qarabağ problemi, bu günümüzlə səsləşən hadisələr, yumoristik səhnələr öz əksini tapıb.

Hekayələr “Qarabağdan xəbər var...” , “Dünya bir pəncərədir”, “Novellalar” başlıqları altında toplanıb.

Kitab “Nurlan” nəşriyyatında çap olunub. Redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmlidir. 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə