![]() |
![]() ![]() |
Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə elmlər doktoru Salidə Şəmmədqızının (Salidə Şərifova) yeni kitabı işıq üzü görüb. “Dionisin qələbəsi” adlı hekayələr toplusunda müəllifin müxtəlif illərdə qələmə aldığı “Dionisin qələbəsi”, “Mətn cızmaçısı”, “Layihə oyunu”, “Sən elə şeyləri anlamazsan”, “Ləzzəti - söhbəti”, “Əlyazmalar yanmır”, “Sənin səlahiyyətin çatırmı?”,“Psixiatrın gündəliyi” kimi hekayələri toplanmışdır.
“Dionisin qələbəsi” hekayələr toplusunun ön sözünün müəllifi Xalq yazıçısı Mövlud Süleymanlı, redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Yazıçılar İttifaqının üzvü Səidə Əliyevadır.
AYB.az