![]() |
![]() ![]() |
Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyi (AYB) bir qrup şair və yazıçını yubileyləri bu il dövlət tərəfindən geniş qeyd olunan dörd klassikin – İmadəddin Nəsimi, Mirzə Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı və İsmayıl Şıxlının adlarına təsis edilmiş mükafatlara layiq görüb.
Poeziya nominasiyası üzrə İmadəddin Nəsimi adına mükafatına layiq görülənlər arasında görkəmli şair Musa Yaqub da var.
M.Yaqub İsmayıllının Buynuz kəndində yaşadığından və səhhətində problem olduğundan, mükafatı ona təqdim etmək AYB-nin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə, Birliyin “Sabir günləri” layihəsinin rəhbəri yazıçı Əjdər Ola həvalə olunub. Bu münasibətlə şair və yazıçılarımızdan bir qrupu mayın 12-də İsmayıllının Buynuz kəndinə səfər edib. Nümayəndə heyətinin tərkibində Əjdər Olla bərabər, AYB-nin katibi Rəşad Məcid, şair, tanınmış oftalmoloq Paşa Qəlbinur, Əməkdar artist Ağalar Bayramov və şair Maarif Soltan da olublar.
Görüşdə qonaqlar Musa Yaqubla ədəbiyyat, poeziya, həyat barədə və onun öz yaradıcılığından söhbət edib, vaxtilə Nəsimiyə həsr etdiyi şeirini xatırlayıblar. Azərbaycan Prezidenti İlhamə Əliyevin Sərəncamı ilə bu ilin Nəsimi İli elan olunması təqdirəlayiq qərar kimi qeyd edilib və AYB-nin mükafat haqqında qərarı səsləndirilib. Qonaqlar layiq görüldüyü mükafat münasibətilə Musa Yaqubu təbrik ediblər. Əjdər Ol “Nəsimi” fəxri diplomunu və pul mükafatını Musa Yaquba təqdim edib. Vaxtilə “Mirzə Fətəli Axundov”, “Rəsul Rza” mükafatlarını aldığını xatırladan M.Yaqub, “Nəsimi” mükafatına görə də çox sevindiyini vurğulayıb, AYB-nin sədri, Xalq yazıçısı Anara, qurumun katibliyinə təşəkkürünü bildirib.
525.az
"Azərbaycan" jurnalının növbəti - aprel sayı işıq üzü görüb.
Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda şair İlham Qəhrəmanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tanınmış şair, filologiya elmləri doktoru Dəmir Gədəbəyli vəfat edib. Modern.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Məhməd Akif Ərsoydan Bəxtiyar Vahabzadəyə iki şair bir şeir" mövzusunda beynəlxalq elmi panel keçirilib.