Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin xəttiylə son otuz ildən bəri poetik deyimləri ilə oxuculara nəcib hisslər aşılayan tanınmış şair, AYB-nin üzvü Fəxrəddin Əzizin anadan olmasının 65 illiyinə həsr olunmuş sözlü-nəğməli yubileykeçirilmişdir. Mingəçevirli ədəbiyyatsevərlərin, şairin dost-tanışları və ailə üzvlərinin qatıldıqları tədbirin aparıcısı, AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə 1954-cü ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində dünyaya göz açan və paytaxt Bakıda ali təhsilini başa vurandan sonra Mindəçevirdə yaşayıb yaradan şairi həm ustad qələm sahibi, həm də həssas qəlbli bir insan kimi dəyərləndirdi.

Ardını oxu...

“525-ci qəzet” 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə vətənpərvərlik mövzusunda şeir və esse müsabiqəsi elan edir.

Ardını oxu...

 

 

Oktyabrın 12-də ə "Deaf Community MMC" və "Ümid var" xeyriyyə könüllüləri təşkilatı Bakı Kitab Mərkəzində jestlər vasitəsilə "Sevginin dili yoxdur" adlı poeziya gecəsini keçiriblər.

Tədbir Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsinin iştirakı ilə baş tutmuşdur.

Tədbiri açan Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı çıxışında qeyd etmişdir ki, ölkəmizdə fiziki məhdudiyyətli insanların asudə vaxtlarını keçirmək istiqamətində çox mühüm layihələr icra olunur.

Poeziya gecəsini layihənin rəhbəri, tanınmış şairə Nigar Həsənzadə aparmışdır.

Xalq şairləri Fikrət Qoca və Nəriman Həsənzadə, alim Xatirə Həsənzadə, Cənubi Azərbaycandan şair, professor Ağşın Ağkəmərli və başqaları çıxış etmişlər. 

Tədbirdə eşitmə məhdudiyyətli gənclərin və komandanın könüllülərinin ifasında Azərbaycanın dövlət himni, xalq şairləri Nəriman Həsənzadə və Fikrət Qocanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri həm jest dilində həm də səsli şəkildə təqdim olundu.

Jest dilinə tərcümə Deaf Community MMC”-nin pedaqoq-təlimçisi, mütəxəssis Turan Məmmədli və surdo-tərcüməçi Yeganə Tağızadə tərəfindən icra olunmuşdur.  

Həmçinin, tədbirdə "Deaf Community MMC”-nin rəhbəri Nuranə Abıyeva İmadəddin Nəsiminin “Ey bülbüli tələb eylə” qəzəlini jest dilində təqdim etdi.

"Deaf Community MMC" şirkətinin rəhbəri Nuranə Abıyeva və "Ümid var" xeyriyyə könüllüləri təşkilatının rəhbəri Nazilə Məhərrəmova  tədbirin mahiyyətindən danışdılar.

Sonda təşkilatçılar Bakı Kitab Mərkəzinə, ağsaqqal şairlərə və bütün qonaqlara təşəkkürlərini bildirdilər.

Ardını oxu...

 
Yazıçı-esseist, tərcüməçi Günel Eyvazlının “İşıq” adlı yeni kitabı “Elm və təhsil” Nəşriyyatında – “Ədəbiyyat qəzeti” yayınları silsiləsindən işıq üzü görüb.

Manera.az xəbər verir ki, 464 səhifədən ibarət kitabda müəllifin son illərdə qələmə aldığı, “Ədəbiyyat qəzeti”ndə çap olunmuş esse, hekayə, şeir və bədii-publisistik yazıları daxil edilib.

“İşıq”ı oxuduqca müəllifin mövzulara fərqli rakursdan baxış bucağını, düşüncə genişliyini, fəlsəfi, sürreal, okkultiv, intellektual izah manevrlərini görmək mümkündür.

Ardını oxu...