![]() |
![]() ![]() |
Görkəmli şair, Əməkdar incəsənət xadimi Yusif Həsənbəyin yeni kitabı işıq üzü görüb. Üç yüzdən artıq mahnının söz yazarı, otuzdan çox şeir toplusunun müəllifi olan Yusif Həsənbəyin yeni kitabı “Göy qurşağı – cənnət körpüsü” adlanır. Akademik Nizami Cəfərovun “O anlar ki, tarix yazdı” başlıqlı ön sözüylə işıq üzü görən “Göy qurşağı – cənnət körpüsü”ndə Yusif Həsənbəyin müxətlif illərdə qələmə aldığı poema və şeirləri, eyni zamanda “Əbdül dayı” adlı povesti yer alıb.
AYB.az