![]() |
![]() ![]() |
Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin "Keçmişə ehtiramla, gələcəyə inamla!" layihəsi çərçivəsində növbəti tədbiri keçirilib. Budəfəki tədbir tanınmış yazıçı-jurnalist Rafiq Hacıyevin 65 illik yubileyinə həsr olunub.
“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama müvafiq olaraq, Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən Minskdəki “Dostluq Evi”ndə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii-musiqili tədbir keçirilib.
Prezident İlham Əliyevin "Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinin qeyd edilməsi" haqqında bu ilin aprelin 10-da imzaladığı Sərəncama uyğun olaraq ölkəmizin Macarıstandakı səfiri, görkəmli alim Vilayət Quliyevin "Atatürk və Əhməd Ağaoğlu" adlı monoqrafiyası Bakı Atatürk Mərkəzinin xətti ilə çap edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 2019-cu il tarixli 38s nömrəli sərəncamının icrası məqsədilə aprelin 24-də Macarıstanın paytaxtı Budapeştdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib.
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlunun Edebiyyatqazeti.az-a verdiyi məlumata görə bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində 3 yeni nəşr işıq üzü görüb. Bunlar serb şairi Radomir Andriçin “Yazı masasının o biri üzündə”, Moldova-rumın şairi Leo Butnarunun “Çətir götürməyi unutmayın” seçmə şeirlər kitabı və İran ədəbiyyatının və farsdilli poeziyanın öncüllərindən olan Gərus Əbdülməlikianın “Sonuncu quş” seçmə şeirlər kitabıdır.
Hörmətli Çingiz müəllim!
Aprelin 3-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair, yazıçı Əjdər Olun "Nəsimini niyə sevirik?!" mövzusunda ədəbi mühazirəsi təşkil olunub.
Sosial şəbəkələrdə görkəmli şair Musa Yaqubun Yazıçılar Birliyinin sədri Anarla bağlı açıqlaması yayılıb. Musa Yaqub iddia edir ki, guya xəstəliyiylə bağlı Anardan kömək istəyib, o etməyib.