“Qobustan” sənət toplusunun yay nömrəsi işıq üzü görüb. Ənənəyə uyğun olaraq redaktorun “Qırx sətir” yazısı bu dəfə mərhum Xalq Artisti Fuad Poladova həsr olunub.

Ardını oxu...

Xalq şairi Cabir Novruzun oğlu tanınmış şair, publisist Müşfiq Cabiroğlu – (Novruzov Müşfiq Cabir oğlu) 2018-ci il iyunun 10-da 53 yaşında qəflətən vəfat edib.

Müşfiq Cabiroğlu 3 oktyabr 1964-cü ildə Bakı şəhərində anadan olub.
1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1999-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Cabir Novruz Fondunun təsisçisi idi.
“Səni kim unudar” (1988), “Sözüm ağızlarda pay oldu getdi” (2005), “Vüqar Əhmədin yaradıcılıq yolu” (2014) kitablarının müəllifi olan Müşfiq Cabiroğlunun “Vətən eşqi” (Musiqisi Oqtay Kazıminindir), “Hicranına dözmür könlüm” (Musiqisi Oqtay Kazıminindir), “Sərhədçilər marşı” (Musiqisi Oqtay Kazıminindir), “Xatirən qalacaq” (Musiqisi Oqtay Kazıminindir), “Sirab” (Musiqisi Oqtay Kazıminindir), “İki dost” (Musiqisi Gülnarə Abbasquliyeva), “Biz ordayıq”(Musiqisi İqbal Qəmbəroğlu), “Vüqarlı günlərim”(Musiqisi İqbal Qəmbəroğlu), “Əl çalın dostlar”(Musiqisi Abasqulu Nəcəfzadə), “Təbriz Nəzrinin toyu”(Musiqisi İqbal Qəmbəroğlu) və s. şeirlərinə mahnılar bəslənib.

Allah rəhmət eləsin!

AYB.az


Azərbaycanda ən böyük kitab mərkəzi olan “Azərkitab” Kitab Təbliğatı Mərkəzi özünün bir yaşını qeyd edib. 

Ardını oxu...

Mayın 7-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair Yusf Həsənbəyin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə AYB rəhbərliyi, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, şairin poeziyasını sevərlər və media nümayəndələri iştirak ediblər.

Ardını oxu...

Imişlidə rayon İcra Hakimiyyətinin və AYB-nin Aran Bölməsinin təşəbbüsü ilə istedadlı yazıçı-publisist, Əməkdar müəllim Səxavət Tağların 60 illik yubleyi keçirildi. Rayon fəallarının, təhsil və mədəniyyət işçilərinin, tanınmış yazıçı və şairlərin iştrak etdiyi mərasimdə əvvəlcə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin yubilyara ünvanladığı təbrik oxundu, rayon başçısının imzaladığı Fəxri Fərman təqdim edildi.

Ardını oxu...

Bəzən kimsə sənin kitabın, yazılarınla bağlı yazı yazır və sən də həyəcanla baxıb görürsən ki, burada heç nə yoxdu. Daha doğrusu, heç nə deyilməyib. Tənqidi yazı yazmaq doğrudan da elə asan iş deyil. Deyirlər, bir şeiri tədqiq etmək o əsəri yazmaqdan daha çətindir...

Ardını oxu...