![]() |
![]() ![]() |
Xalq şairi Cabir Novruzun oğlu tanınmış şair, publisist Müşfiq Cabiroğlu – (Novruzov Müşfiq Cabir oğlu) 2018-ci il iyunun 10-da 53 yaşında qəflətən vəfat edib.
Müşfiq Cabiroğlu 3 oktyabr 1964-cü ildə Bakı şəhərində anadan olub.
1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1999-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Cabir Novruz Fondunun təsisçisi idi.
“Səni kim unudar” (1988), “Sözüm ağızlarda pay oldu getdi” (2005), “Vüqar Əhmədin yaradıcılıq yolu” (2014) kitablarının müəllifi olan Müşfiq Cabiroğlunun “Vətən eşqi” (Musiqisi Oqtay Kazıminindir), “Hicranına dözmür könlüm” (Musiqisi Oqtay Kazıminindir), “Sərhədçilər marşı” (Musiqisi Oqtay Kazıminindir), “Xatirən qalacaq” (Musiqisi Oqtay Kazıminindir), “Sirab” (Musiqisi Oqtay Kazıminindir), “İki dost” (Musiqisi Gülnarə Abbasquliyeva), “Biz ordayıq”(Musiqisi İqbal Qəmbəroğlu), “Vüqarlı günlərim”(Musiqisi İqbal Qəmbəroğlu), “Əl çalın dostlar”(Musiqisi Abasqulu Nəcəfzadə), “Təbriz Nəzrinin toyu”(Musiqisi İqbal Qəmbəroğlu) və s. şeirlərinə mahnılar bəslənib.
Allah rəhmət eləsin!
AYB.az