Rusiya  Federasiyası, Mari El  respublikasının Yoşkar-Ola  şəhərindən AYB-nin  sədri, Xalq  yazıçısı  Anara  ünvanlanmış  məktubda   deyilir: “Xahiş  edirik,  bu  məktubla  Sizə  göndərdiyimiz, Mari El  respublikasının  xalq   yazıçısı Vyaçeslav  Abukayev-Emqakın  adını  daşıyan xatirə  medalını  təntənəli   şəkildə Azərbaycan   yazıçısı   Məmməd  Orucova  təqdim  edəsiniz."

Ardını oxu...

Xarici səfərlər təkcə həmin ölkənin mədəniyyəti, tarixi ilə illərlə yaddaşımızda qalmır. İstər rəsmi səfərlər, istərsə də istirahət məqsədilə gedilən ölkələrdə hər birimiz unuda bilməyəcəyimiz maraqlı hadisələrlə də qarşılaşırıq.

Lent.az “Bir dəfə uzaqlarda” rubrikasında tanınmış şəxslərin səyahət zamanı rastlaşdıqları maraqlı hadisələri təqdim edir.

Rubrikanın bugünkü qonağı şair, tərcüməçi Səlim Babullaoğludur.

“Sizə 3 hadisə danışacam.

Bişkekdəydik, Beynəlxalq Çingiz Aytmatov Forumunda. Forum fevralın 26-sı, Xocalı soyqırımının baş verdiyi məşum günə təsadüf edirdi. İspaniyadan Çinə qədər 80 ölkədən nümayəndə heyətləri gəlmişdi. O cümlədən Ermənistan nümayəndələri, Rusiyadan olan ermənilər də. 

Tanınmış yazıçılar, rejissorlar, jurnalistlər... Səhv eləmirəmsə Şahnazarov da orda idi . Prezident sarayının böyük zalında 7-9 nəfərlik Rəyasət Heyətində oturmalı oldum. Bu qabaqcadan nəzərdə tutulmamışdı, amma bunun necə baş verməsi haqda indi danışmaq istəmirəm. Azərbaycandan məndən başqa daha 2 nəfər vardı. Əvvəl Qırğızıstanın o vaxtkı mədəniyyət naziri çıxış elədi, sonra MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru. Daha sonra Rusiyadan bir nümayəndə, gərək ki, “Drujba narodov jurnalı”nın baş redaktoru Ebonaidze. Sonra mən.

Ardını oxu...