Rusiya  Federasiyası, Mari El  respublikasının Yoşkar-Ola  şəhərindən AYB-nin  sədri, Xalq  yazıçısı  Anara  ünvanlanmış  məktubda   deyilir: “Xahiş  edirik,  bu  məktubla  Sizə  göndərdiyimiz, Mari El  respublikasının  xalq   yazıçısı Vyaçeslav  Abukayev-Emqakın  adını  daşıyan xatirə  medalını  təntənəli   şəkildə Azərbaycan   yazıçısı   Məmməd  Orucova  təqdim  edəsiniz."

 

     “ Mari Kitab evi-  kitab   nəşriyyatı”-nın direktoru Y.İ. Solovyovun  imzaladığı   məktubda   qeyd  olunur   ki, Məmməd  Oruc   bu    mükafata Rusiya   Fedarasiyası   xalqları yazıçılarının,  həmçinin  Mari  yazarlarının   əsərlərini   Azərbaycan  dilinə    tərcümə   etdiyinə  və  Azərbaycanda   təbliğ  etdiyinə   görə  layiq   görülüb.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə