“Mənə bircə gilə göz yaşı bəsdi” kitabı şair-publisist İbrahim Yusifoğlunun 50 illik yaradıcılığında yerlər tutmuş sevilən şeirlərindən ibarətdir.  Akademik İsa Həbibbəylinin ön söz yazdığı, filologiya üzrə fəlsəfə doktoru Fidan Nizaməddin qızının redaktoru olduğu bu şeirlərin mayasını məhəbbət mövzusu təşkil edir. Dünyanı yaradan, onu daimi hifs edən Ulu Tanrıya bəşərin əşrəfi insana, canımız qədər sevdiyimiz Vətənə, onun bir qarış torpağının yad əllərə düşməməsi üçün canlarını qurban verən şəhidlərə, övlad yolunda ömürlərini şam edən ana-atalara saf və müqəddəs ömür yaşayan peşə sahiblərinə, həyat yollarını birgə addımladığımız ömür-gün yoldaşlarına ünvanlanmış məhəbbətdir!

Ardını oxu...