![]() |
![]() ![]() |
“Qarabağa kitabla gedək” layihəsi çərçivəsində Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) tərəfindən toplanmış kitablar arasında təşkilatın başkanı Mehmet Nuri Parmaksızın Ankarada nəşr olunmuş “Qaranlıqda bir işıq” (A Light in the Darkness) adlı kitabı da yer alıb. Maraqlıdır ki, kitab iki dildə – türk və ingilis dillərində çapdan çıxmış, kitaba hər iki dildə Azərbaycan yazıçısı, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli ön söz yazmışdır. Kitab 2000 nüsxə ilə nəşr edilib və toplanan şeirləri də ingiliscəyə K. Nəzirli çevirib.