AYB.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyilə Azərbaycan Milli Kitabxanasının “Azərbaycan ədibləri” seriyasından tərtib etdiyi “Seyran Səxavət” adlı biblioqrafik kitab işıq üzü görüb.

Bu kitab şair, nasir, tərcüməçi Seyran Səxavətə həsr edilmiş ilk biblioqrafiyadır.

Göstəricidə yazıçının kitabları, dövrü mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, həyat və yaradıcılığını əks etdirən materiallar əhatə olunmuşdur.

Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Kitabın tərtibçiləri Xeyransa Abbasova, Gülbahar Misirova, elmi redaktoru Professor Kərim Tahirov, redaktoru isə Elnur Nəciyevdir.

 

AYB.az 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə