![]() |
![]() ![]() |
Uşaq yazarı Sevinc Nuruqızının “Aysu və Ay” əsəri İranın paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Həmşəhri” qəzetinin uşaq jurnalında çapdan çıxıb.
Kulis.az xəbər verir ki, əsəri uşaq yazarı, tərcüməçi, uşaq ədəbiyyatı tədqiqatçısı Nəsim Yusefi fars dilinə tərcümə edib.
Qeyd edək ki, kitab rus və ingilis dillərinə də tərcümə olunub.
kulis.az
Ötən il Azərbaycan Yazıçılar Birliyi ilə "Ulduz" jurnalı "Ulduzlu nəşrlər" adlı yeni layihəyə start verdi. Əsasən, gənc müəlliflərin kitablarından ibarət nəşrlər "Təhsil" Nəşriyyat-Poliqrafiya MMC-də nəfis şəkildə dərc olunaraq "Ulduz"un oxucularına pulsuz çatdırıldı. Qeyd edək ki, sözügedən layihənin rəhbəri "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəsdir.
"Kitabi-Dədə Qorqud" dastanlarını elmi və ədəbi yaradıcılığının platformasına çevirən Xalq yazıçısı, akademik Kamal Abdullanın "Dədə Qorqud poetikasına giriş. Dansökülən variant" kitabı Türkiyədə çap edilib. Məşhur "Ötüken" nəşriyyatında işıq üzü görən kitabın tərcüməçisi və ön sözün müəllifi Əli Duymazdır.
Bu günlərdə ölkəmizin elmi, ədəbi, ictimai həyatında çox əlamətdar bir hadisə baş verib - “Azərbaycanda Peşəkar Tərcüməçilər Assosiasiyası” İctimai Birliyi təsis edilib. Birliyin rəhbəri Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulladır.
Bu günlərdə Fransada yaşayan həmyerlimiz kinorejissor, yazıçı Şain Sinarianın "Bir ömür iki tale" kitabı işıq üzü görüb.
Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan "Ulduz" jurnalının iyul sayı Səddam Laçının "Özüylə söhbəti..." və şeirləriylə açılır. Şeirləri Mətanət Vahidin "Seyid Əzim Şirvaninin təsəvvüfi dünyagörüşü" məqaləsi izləyir.