Yazar Cavid Zeynallının “Coğrafiya müəllimi” adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, kitab Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası”nda çıxıb.

Şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə