![]() |
![]() ![]() |
Görkəmli yazıçı Seyran Səxavət Azərbaycan Yazıçılar Birliyinin “Nizami Gəncəvi” mükafatına layiq görülüb.
AYB.az xəbər verir ki, mükafatı iyulun 27-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar təqdim edib. AYB sədri yazıçını bu münasibətlə təbrik edərək ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb. Seyran Səxavət belə bir dəyərli mükafata layiq görüldüyü üçün AYB rəhbərliyinə təşəkkürünü bildirib.
AYB.az