Xoşbəxt günlər yaşayırıq. 30 illik ayrılıqdan sonra Şuşamıza qovuşduq. Bu günü bizə yaşadan Ali Baş Komandana, bütün əsgərlərimizə, şəhidlərimizə borcluyuq. İki gündür ki, möhtəşəm Vaqif Poeziya Günləri tədbirinin iştirakçısı və şahidiyik.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, mətbuat xidmətinin rəhbəri Xəyal Rza söyləyib.

Xəyal Rza deyib: “Vaqif Poeziya Günlərinin açılış mərasimində Prezident İlham Əliyev dərin məzmunlu çıxış etdi, bir çox mövzulara toxundu. Həm 44 günlük müharibənin çətinliklərindən, Azərbaycanın möhtəşəm zəfərindən, həm də şəhidlərimizdən, qazilərimizdən, ordumuzdan söz açdı və həmişə olduğu kimi bir daha erməni vandallarına xəbərdarlıq etdi: Şuşa bizimdir, Şuşa azaddır”.

Qısa bir zamanda Şuşada böyük quruculuq işləri görüldüyünü vurğulayan Xəyal Rza istər “Xarıbülbül” musiqi festivalının, istərsə də Vaqif Poeziya Günlərinin keçirilməsinin böyük əhəmiyyət daşıdığını deyib.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə