![]() |
![]() ![]() |
Bu yaxınlarda Finlandiyada yaşayan həmyerlimiz Tahirə Cəfərovanın tərtib etdiyi “Azərbaycanın lirika antologiyası” işıq üzü görüb. İlk dəfə Finlyandiyada fin dilində nəşr olunan antologiyada Azərbaycan klassik şeiri nümayəndələrinin və müasir şairlərin yaradıcılıqlarından nümunələr yer alıb.
Türkiyənin Bartın şəhərində “İsmayıl Qaspralı ili” çərçivəsində tədbirlər keçirildi
AYB.az saytı “Kitab dünyası ” adlı yeni layihəsinə başlayır. Layihədə kitabla əlaqəli olan bütün obyektlər - nəşriyyatlar, kitab dükanları və s. yerlərdən silsilə reportajlar sizlərə təqdim olunacaq.
Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 139 il ötür. SİA-nın xəbərinə görə, ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
Sizi – bütün Azərbaycan yazıçı, şair və ədəbiyyatşünaslarını Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və yaradıcılığınızda uğurlar arzulayıram.
“Biz qurultayla yanaşı Yazıçılar Birliyinin 80 illik yubileyini də keçirəcəyik. 400-dən çox qurultay nümayəndəsi və qonaqlarımız olacaq. Qurultaya və yubileyə Türkiyə, Qazaxıstan, Rusiya, Fransa, Serbiya və başqa dövlətlərdən çox tanınmış qonaqlar gələcək. Qonaqlar arasında nazirlər, senatorlar, ictimai xadimlər, tanınmış yazıçılar, şairlər var. Oljas Süleymenov, Yevgeni Sidorov kimi məşhur insanlar Azərbaycana təşrif buyuracaq. Türkiyədən böyük bir nümayəndə heyəti gələcək”.