Əziz dostlar! Hörmətli xanımlar və cənablar! Çağdaş ədəbiyyatımızın görkəmli isimlərindən olan şair və rəssam Adil Mirseyidin səhhəti ağırdır. Adil Mirseyid ölkəmizin son 35 illik ədəbi-mədəni həyatında dərin iz qoymuş, çağdaş Azərbaycan şeirinə yeniliklər etmiş böyük şairlərimizdən biri, istedadlı rəssamdır. Artıq xeyli vaxtdır qaraciyər sirrozundan əziyyət çəkən şairin vəziyyəti təəssüf ki, günü-gündən pisləşir və artıq təhlükəli həddə çatıb. Onun müalicəsi üçün böyük maliyyə vəsaiti tələb olunur və bu vəsaiti qarşılamaq ədəbiyyat tariximizdən bəlli bir çox ədiblərimiz kimi daim ehtiyac içində yaşayan Adil Mirseyidin ailəsinin imkanları xaricindədir. Artıq 3-cü gündür ki, biz bu sənədi ilk imza edənlər “Adil Mirseyidə yardım aksiyasına” başlamışıq. Hər bir kəsi, Azərbaycan şeirinə hörməti olan hər bir insanı, birinci növbədə həmkarlarımızı, hər birinizi imkanınız daxilində Adil Mirseyidə yardımçı olmağa çağırırıq. Vacib olan edəcəyiniz yardımın miqdarı deyil -Sizin orda iştirakınızdır.
Səlim Babullaoğlu, Xəyal Rza, Rafiq Həşimov, Elçin İskəndərzadə, Əhməd Nicati (şair, İran)… Ağalar Bayramov Bəxtiyar Sadıqov Elxan Allahverdiyev Şəmistan Əlizamanlı Fikrət Qoca Çingiz Abdullayev Sayman Aruz Qulu Ağsəs Məqsəd Nur "Kitabçı" "Ulduz" AYB.az Rey Kərimoğlu
Qeyd: Adil Mirseyidə yardım etmək istəyənlər AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rzaya müraciət edə bilərlər… Siyahı yardım etmiş adamların adları ilə birlikdə uzun müddət www.ayb.az saytında və sosial şəbəkədə yerləşdiriləcək, yeni adlar əlavə olunduqca intensiv olaraq yenilənəcəkdir.