• Arif Əmrahoğlunun yarımçıq qalmış son yazısı... Xəstəliklə mübarizə apardığı, ağrılar içində qovrulduğu bir zaman... Yazının sonlarına doğru qarışıq cümlərlər... AYB.az Arif Əmrahoğlunun yarımçıq qalmış sonuncu yazısını olduğu kimi təqdim edir.


    Vaqif Səmədoğlunun poeziyası həyatda gerçək dünyanın illüziyalarna aldanmayan şəxsiyyətin real, amma ağrılı-acılı düşüncələridi. Onun poetik təfəkkürü həyatın özü kimi binar qarşdurmalar üzərində qurulubdu. Həyatdakı binar qarşıdurmaların əksəriyyətinin elm tərəfindən izahı olsa da, bütün bunlarla müəyyən mənada tanış bəndə qədim əcdadların ortaya qoyduğu və mifoloji inamı formalaşdıran izahlarına daha çox inanır. Söhbət savaddan-savadsızlıqdan getmir, burada elmlə elmsizlik deyil, ilk növbədə ümidlə ümidsizlik, həqiqətlə arzu qarşı-qarşıya gəlir.

    Vaqif Səmədoğlu da ziyalı kimi əmindi ki, o dünya yoxdu, amma bəndə ziyalı ilə barışmır, barışa bilmir, yeddi arxadan dönəni kimi fikirləşir:

    Ömrü yaşayıb

    rahat ölməkçün

    o dünya ümidi olmalıdır axı

    bu dünyada...

    Onun şeirləri də təsdiqləyir ki, bəndənin dünya haqqında təsəvvürləri və dünya ilə bağlı yozumları dünyanın özündən qat-qat zəngindi, rəngarəngdi. Çünki bu təsəvvürləri və yozumları həqiqət deyil, bəndənin heç də həmişə gerçəkliyin qaçılmazlıqlarını qəbul etməyən arzu-istəkləri müəyyənləşdirir. 

     

        Vaqif Səmədoğlunun yaradıcılıgında işıg

    Şair olmaya da bilərdi, amma şair oldu. Sözün ifşftfnva dyüqdü, və bu işfqov dv neçə illərdi ki, yol qedir işıqla qedir və işığa doğru qedir. İşığa da əliboş qetmir, ozü ilə, şeirləri ilə, pyesləri ilə işıq aparır.  Çünki V.Səmədoqlu...


    AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə