![]() |
![]() ![]() |
Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun (Az.DETİ. 1929-1932) Ədəbiyyat və dil bölməsi şöbə statusunda olsa da, professor Vəli Xuluflunun rəhbərliyi ilə geniş səlahiyyətlərə malik, humanitar sahəyə aid bir universitetin funksiyalarını həyata keçirirdi. Az.DETİ-nin 1932-ci il 16 iyul tarixli ləğvindən sonra onun Ədəbiyyat və dil bölməsinin bazası əsasında Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnstitutu (Az.DƏSİ) yaradılması üçün prof. V.Xuluflu Azərbaycan Xalq Maarif Komissarlığına rəsmi müraciət etdi, xüsusilə komissarlığın elm sektorunun müdiri A.B.Bukşpanla sıx əməkdaşlıq şəraitində problemin tezliklə kollegiya iclasında baxılmasına nail oldu. Museyib Şahbazovun sədrliyi ilə Azərbaycan Xalq Maarif Komissarlığının 1932-ci il 29 iyul tarixli kollegiya iclasında elm sektorunun müdiri A.B.Bukşpan “Dil, Ədəbiyyat və Sənət İnstitutunun yaradılması haqqında” məruzə etdi. Azərbaycan XMK Kollegiyasının 1932-ci il 29 iyul tarixli qərarında yazılırdı: “Dil, Ədəbiyyat və Sənət İnstitutunun yaradılması haqqında.
Mahir HƏMZƏYEV
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri,
Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü
E.-mail: mahir.hemzeyev@post.skynet.lt
“KİTABİ-DƏDƏ QORQUD” BALTİK XALQLARININ DİLLƏRİNDƏ
I Məqalə
(Arxiv materialları əsasında)
Moskvada çıxan “Nezavisimaya qazeta” da (22 oktyabr 2015) Anarın V.Mayakovskiyə həsr olunmuş “Kosoy dojd” (“Çəpəki yağış”) essesi dərc olunmuşdur. Həmin yazını oxucularımıza təqdim edirik. Yazı azərbaycanca ilk dəfə çap edilir.
(Arxiv materialları və məxfi sənədlər əsasında ilk dəfə)
Türkiyənin Malatya şəhərində- “Hilton” oteldə, İNDEX-in təşkilatçılığı, Malatya Bələdiyyəsinin və İnönü Universitetinin təşkilati dəstəyi ilə keçirilən “Azərbaycan Ədəbiyyatı” gecəsində azərbaycanlı yazarlarla görüş baş tutub.
Millət vəkili Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri, şair-publisist Xəyal Rza, tanınmış yazıçı Elçin Hüseynbəyli, “Persona.az” ədəbiyyat portalının rəhbəri, yazıçı Zəka Vilayətoğlu, “Ədəbiyyat” qəzetinin redaktoru Sarvaz Hüseynli tədbirdə çıxış edərək, Azərbaycan-Türkiyə ədəbi əlaqələrindən danışıblar. Burada Azərbaycan ədəbiyyatı ilə bağlı, dəvətlilərə məlumatlar verilib.
Tədbirdə azərbaycanlı yazarlarla yanaşı, bir sıra tanınmış insanlar, həmçinin Çingiz Aytmatovun oğlu, Əsgər Aytmatov da iştirak edib.
Xəyal Rza Azərbaycan və Türkiyə türkcəsində yazdığı şeirləri səsləndirib.
Görüşdə iştirak edən yazarlar, tədbir istirakçıları üçün kitablarını imzalayıblar. Malatya İnönü Universitetinin rəhbərliyi tərəfindən yazarlara mükafatlar təqdim edilib.
AYB.az
(Arxiv materialları əsasında ilk dəfə)
Ukraynanın "Vsesvit" jurnalının 90 illik yubileyi qeyd edilir.