Türkiyənin Malatya şəhərində- “Hilton” oteldə, İNDEX-in təşkilatçılığı, Malatya Bələdiyyəsinin və İnönü Universitetinin təşkilati dəstəyi ilə keçirilən “Azərbaycan Ədəbiyyatı” gecəsində azərbaycanlı yazarlarla görüş baş tutub.
 

Millət vəkili Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri, şair-publisist Xəyal Rza, tanınmış yazıçı Elçin Hüseynbəyli, “Persona.az” ədəbiyyat portalının rəhbəri, yazıçı Zəka Vilayətoğlu, “Ədəbiyyat” qəzetinin redaktoru Sarvaz Hüseynli tədbirdə çıxış edərək, Azərbaycan-Türkiyə ədəbi əlaqələrindən danışıblar. Burada Azərbaycan ədəbiyyatı ilə bağlı, dəvətlilərə məlumatlar verilib.

Tədbirdə azərbaycanlı yazarlarla yanaşı, bir sıra tanınmış insanlar, həmçinin Çingiz Aytmatovun oğlu, Əsgər Aytmatov da iştirak edib.

Xəyal Rza Azərbaycan və Türkiyə türkcəsində yazdığı şeirləri səsləndirib.

Görüşdə iştirak edən yazarlar, tədbir istirakçıları üçün kitablarını imzalayıblar. Malatya İnönü Universitetinin rəhbərliyi tərəfindən yazarlara mükafatlar təqdim edilib.

AYB.az

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə