Yollar yovurdu məni
İllər qovurdu məni...
Çox çalışdım, nə fayda,
Yellər sovurdu məni...
***
Dağların dərəsində,
Meşənin bərəsində...
Bulaq olub çağladım,
Bildinmi nərəsində?
***
Bir elin sınağında,
Bir eşqin sorağında...
Nə olsun ki, yanmışam,
Bu odun ocağında!
***
Çox uzaqsan, yaxın gəl...
Çaylar daşır, axın, gəl...
Mən ki, zülmə tabeyəm,
İldırımla çaxım, gəl!
***
Arzu ilğım – göylərdə,
Görəmməz ki göylər də...
Nə dedin, mən inandım,
Şahiddir yer, göylər də!
***
Məndə səbr yox, səndə qəlb,
Dediklərin çıxdı qəlp...
Pəncərədən nə baxdım...
Ömür keçdi belə cəld?!
***
Öz-özünü aldatdın...
Qəlbini necə satdın?
Qazandığın nə oldu?
Demədin, nəyə çatdın?
***
Zamanın sınağında,
Köz oldum ocağında...
Nə etdimsə zay oldu,
Cahilin caynağında...
***
Düşdüm yenə çətinə,
Düşmən durub qəsdimə...
“Fırladır yer kurəsi
Məni alıb tərkinə”
***
Hər şey olsa da çətin,
Dünyadı məhəbbətim!
Yolum üstə bitmişdin,
Aya, Marsamı getdin?