"Ulduz" jurnalının iyun sayı işıq üzü görüb. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə ortaq layihə çərçivəsində ərsəyə gələn dərgi "Yeni nəsil: proza" devizi altında dərc edilib.

Dərginin sözügedən sayında  yeni nəsil yazarlardan Furqan, Orxan Saffari, Təvəkkül Boysunar, Orxan Cuvarlı, Sərdar Amin, Nihat Pir, Həmid Piriyev, Orxan Həsəni, Rəvan Cavid və Nadir Yalçının müxtəlif məzmunlu hekayələri, eləcə də şair-publisist Qulu Ağsəsin "Yuxarıdayam, düşürəm indi" essesi yer alıb.

"Dərgidə kitab" rubrikasında isə türk ədəbiyyatında qısa hekayə janrının banilərindən sayılan Ömər Seyfəddinin "Üç nəsihət" hekayəsi təqdim edilib. Hekayəni dilimizə Azad Yaşar təcümə edib. Ən nəhayət, "Dərgidə sərgi" rubrikasını 10 yaşlı Əzizə Bəhruzlunun rəsmləri bəzəyir.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə