Sentyabrın 27-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda 27 sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli 1-ci və 2-ci Qarabağ müharibəsindən, 30 illik işğaldan, Azərbaycan Ordusunun şücaətindən söz açıb.

Sonra söz Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara verilib. Xalq yazıçısı münaqişənin ilk anlarından danışıb. Erməni ictimai xadimərinin Qarbağla bağlı bəyanatlarını xatırladıb: “O ağır və çətin zamanda onların Qarbağla bağlı bəyanatlarına ilk cavabı verən Azərbaycan Yazıçılar Birliyi oldu. Elə o vaxtdan indiyə kimi həm Yazıçılar Birliyinin, həm də Birliyin ayrı-ayrı üzvlərinin Qarabağla bağlı fəaliyyətləri göz önündədir”. Yazıçılar Birliyinin sədri Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun inanılmaz qəhrəmanlıq göstərdiyini və 30 illik işğala son qoydulduğunu qeyd edib: ”Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, Allah qazilərimizə şəfa versin”.

Azərbaycan Yazıçılar Birlyinin Birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev 1-ci Qarabağ müharibəsi zamanı Yazıçılar Birliyi rəhbərliyinin dəfələrlə ön cəbhəyə səfər etdiyini vurğulayıb: “Biz Milli qəhrəman Allahverdi Bağırovla və digər hərbiçilərlə görüşürdük. Onlara dəstəyimizi nümayiş etdirirdik”. Çingiz Abdullayev övladı şəhid olmuş qələm adamalrını da unutmayıb: “Bizim 11 yazıçımızın övladı şəhid olub. Onların arasında Xalq yazıçısı Sabir Əhmədlinin, Xalq şairi Xəlil Rzanın da övladı var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun”.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, kariblər Səlim Babulloğlu, İlqar Fəhmi, Xalq şairi Vahid Əziz, Xalq yazıçısı Elmira Axundova, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və digər çıxışçılar da 30 illik torpaq həsrətindən, el-obasından didərgin düşmüş vətəndaşlarımızdan, Ali Baş Komandanın rəhbərliyilə Azərbaycan Ordusunun qəhrəmanlığından, şanlı zəfərimizdən söz açaraq, bizə bu xoşbəxt günləri yaşadan şəhidlərimizin ruhuna ehtiramlarını bildiriblər.

Daha sonra tədbirdə iştirak edən şairlər Qarabağa, şəhidlərə həsr etdikləri şeirləri səsləndiriblər.

Tədbirdə Qarabağa, Azərbaycan Ordusuna, şəhidlərimzə həsr edilmiş kitabların sərgisi də təşkil olunub.  

 

AYB.az          

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə