Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və AYB Gəncə Bölməsinin təşkilatçılığı ilə Tamara İslamqızının “Ünvansız məktub” kitabının təqdimatı keçirilib. Tədbiri AYB Gəncə Bölməsinin sədri Xəzangül xanım açaraq həkim-şair Tamara İslamqızının yaradıcılığı haqqında məlumat verib, onun şair ruhundan, söz duyumundan, poetik nümunələrindən danışıb: “Tamara xanım öz işini-həkimlik peşəsini nə qədər ürəkdən sevsə də, hələ orta məktəb illərindən qəlbinin ağrı-acısını, sevinc-kədərini, zərif, incə duyğularını, şeirin, poezyanın dili ilə diqtə etməyi sevib”.

Ardını oxu...


Aprelin 3-də rayon rəhbərliyi, dövlət qurumların nümayəndələri, Milli Məclis üzvləri, elm, təhsil, incəsənət və din xadimləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin, rayondakı ali məktəblərin pedaqoji kollektivlərinin iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azərbaycan Tarixi Muzeyində kitabın təqdimat mərasimi keçirilib.

Ardını oxu...

Azərbaycan yazıçısı Varis Yolçuyev Yazıçıların Nyu-York Beynəlxalq Konfransında iştirak etməsi və 58 akademik saat seminarı uğurlu şəkildə tamamlaması münasibəti ilə «Promotion of Creative Writing in the USA» (Kreativ yazıçıların ABŞ-da təbliği) layihəsi çərçivəsində Fərqlənmə Sertifikatı ilə təltif olunub.

Ardını oxu...

Misir Yazıçılar Birliyinin dəvətiylə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Qahirədə olub. 

Martın 13-də bu ölkənin Yazıçılar Birliyində Anarla görüş keçirilib. Misir Yazıçılar Birliyinin sədri Ala Əbdülhadi tədbiri açaraq Anarı toplaşanlara təqdim edib. 

Ardını oxu...