Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin sərəncamı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, TÜRKSOY Yazıçılar Birliyinin fəxri prezidenti, Xalq yazıçısı Anara “Dostluq” ordeni təqdim olunub.
 
Martın 29-da Özbəkistanın Nəvai şəhərində, “Fəhad” Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistan prezidentinin müşaviri Xayraddin Sultanovun iştirakı ilə ordenin təqdimetmə mərasimi keçirilib.
 
Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Rayev, Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyid, Qazaxıstan və TÜRKSOY Yazıçılar Birlyinin sədri Esdövlət Uluqbəy, Qırğızıstan, Tatarıstan, Başqırdıstan yazıçı təşkilatlarının rəhbərləri, Türkiyə Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və İLESAM-ın rəhbərləri, Özbəkistanın tanınmış mədəniyyət və ədəbiyyat xadimləri, hökumət nümayəndələri iştirak ediblər. Tədbir öncəsi Anarın kitablarının sərgisi keçirilib. Görkəmli Xalq yazıçısının ədəbi fəaliyyəti ilə bağlı çıxışlar olub, 85 illik yubileyi qeyd olunub.
 
Bu haqda Xalq yazıçısı Anarla bərabər TÜRKSOY Yazıçılar Birliyinin II (Daşkənd-Nəvai) toplantısına qatılan Azərbaycan Yazıçılar Birliyin katibi, TÜRKSOY Yazıçılar Birlyinin vitse-prezidenti Səlim Babullaoğlu məlumat verib.
 
AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə