Son xəbərlər

 

Ölkəmizdə səfərdə olan tanınmış ərəb yazıçı Yusif Əzizi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşəbbüsü ilə noyabr ayının 3-də Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüşüb. Görüşdə alim, yazıçı, şairlər və Mərkəzin əməkdaşları iştirak ediblər. Ərəb yazıçısı haqqında məlumat verən Mərkəzin sədri şair Səlim Babullaoğlu daha sonra qonaq yazıçıya görüşdə iştiak edən qələm adamlarını təqdim edib. Azərbaycan Yazıçılar Birliyinin sədri qonaqları salamladıqdan sonra Azərbaycan Yazıçılar Birliyinin yaranma tarixi, fəalyyəti haqqında danışıb. Görüşdə ədəbi əlqələrin inkişafından söz açılıb, müzakirələr aparılıb. Yusif Əziz Azərbaycanı çox sevdiyini, vətənimizə qonaq gəlməyi illərdir arzuladığını vurğulayıb.

Qeyd edək ki, Yusif Əzizi 1951-ci ildə İranda, Əhvazın Xəfaciyə şəhərində doğulub. Tehran universitetinin məzunudur. İran Yazıçılar Birliyinin üzvü və sədr vəzifəsini icra edən katibi olub. 25 kitab müəllifi olan ərəb kökənli yazıçı bir çox nüfuzlu beynəlxalq mükafatların sahibidir. Hal-hazırda Londonda yaşayır.

 

AYB.az  

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə