Son xəbərlər

 

Sentyabrın 6-8-də Rusiya Federasiyası Rostov vilayətinin Vyoşenskaya stanitsasında Mixail Şoloxovun ev muzeyində "Şoloxov oxuları" beynəlxalq elmi-praktiki konfransı keçirilib. 


Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, fəlsəfə doktoru Samir Səttarov da iştirak edib.

Tədbirin ilk günü azərbaycanlı alim iştirakçıları AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin adından salamlayaraq "Mixail Şoloxovun yaradıcılığı polyak ədəbiyyatşünaslığında" mövzusunda məruzə ilə çıxış edib.

Beynəlxalq konfransda akademik İsa Həbibbəylinin "Mixail Şoloxovun ədəbi irsi Azərbaycan ədəbiyyatşünaslığında" mövzusunda məruzəsinin mətni təqdim olunub.

Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə yanaşı, Rusiya EA Qorki adına Dünya Ədəbiyyatı İnstitutu, Moskva Dövlət Pedaqoji Universiteti, Moskva Şəhər Pedaqoji Universiteti, Lomonosov adına Moskva Dövlət Universiteti, Novidsad Universiteti (Serbiya) və başqa elmi-tədqiqat müəssisələri və ali məktəblərin nümayəndələri iştirak ediblər.

Tədbirdən sonra iştirakçılar Mixail Şoloxovun ev muzeyini ziyarət edib, görkəmli yazıçının həyatı yolu ilə yaxından tanış olublar.

Qeyd edək ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Mixail Şoloxovun ev muzeyi arasında əlaqələr 2014-cü ildə akademik İsa Həbibbəyli tərəfindən qurulmuşdur. Həmin vaxtdan sonra hər iki tərəf Azərbaycanda və Rusiyada keçirilən beynəlxalq tədbirlərdə yaxından iştirak edir və müəssisələr arasında əlaqələr getdikcə genişlənir.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə