Son xəbərlər

 
 
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi Almas İldırımın anadan olmasının 110 illiyi qeyd edilib.  
APA-nın məlumatına görə, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışıb.
 
V. Əliyev bildirib ki, Azərbaycan mühacirət poeziyasının görkəmli simalarından biri, adı və əsərləri qəm, həsrət və ayrılıq simvolu kimi anılan Almas İldırım özünəməхsus poetik tərzi ilə hər zaman diqqəti çəkib. Altı il sürgün həyatı yaşayan Almas İldırım Dağıstandan, Türkmənistandan, İrandan keçərək Türkiyədə məskunlaşıb və ömrünün sonuna qədər burada yaşayıb-yaradıb.
 
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar şairin bir çox şeirnin, o cümlədən vətən həsrəti, yurd sevgisindən bəhs edən "Əsir Azərbaycanım" şeirinin dillər əzbərinə çevrildiyini vurğulayıb. O, şairin ən sevilən şeirlərini səsləndirib.
 
Tədbirlə əlaqədar Bakıya gəlmiş şairin oğlu Azər Almaszadə tədbirin təşkilatçısı olan Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, atası hər zaman vətənini azad görmək istəyirdi. Almaz İldırım daim təqib və haqsız təhdidlər içində yaşayıb-yaratsa da, qəlbindəki istiqlal sevgisi heç zaman azalmayıb. Bu gün Azərbaycan xalqı Almas İldırımın arzu etdiyi azad və müstəqil dövlətdə yaşayır.
 
Tədbirdə Almas İldırımın unudulmaz şeirləri səsləndirilib, konsert proqramı təqdim edilib. 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə