Dekabrın 8-də Avropa Azərbaycan Məktəbində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüş keçirilib. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza da iştirak edib. Əvvəlcə məktəbin orta təhsil üzrə direktoru Ceyms Anderson Azərbaycan Yazıçılar Birliyinin sədrinə Avropa Azərbaycan Məktəbi haqqında geniş məlumat verib. Sonra məktəbin böyük zalında xalq yazıçısı Anarla məktəb şagirdlərinin görüşü baş tutub.  Məktəbin Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri, əməkdar müəllim Hüseyn Şahbəndəyev tədbiri açıq elan edərək Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara Avropa Azərbaycan Məktəbinin şagirdləri ilə görüşə razılıq verdiyi üçün məktəb rəhbərliyi  adından təşükkürünü bildirib. Daha sonra xalq yazıçısının həyat və yaradıcılığı haqqında Azərbaycan, Rus və İngilis dilində təqdimat səsləndirilib. Azərbaycan dili və ədəbiyyat müəllimi Turan Zəkəriyyəzadə çıxış edərək xalq yazıçısı Anarın yaradıcılığı haqqında danışıb. Xalq yazıçının həyat və yaradıçılığını əks etdirən video çarxın nümayişindən sonra məktəblilərin hazırladığı Anarın “Yaxşı padşahın nağılı” hekayəsindən səhnəcik təqdim edilib. İlqar Muradovun ifa etdiyi, Anarın “Taksi” şeirinə Avropa Azərbaycan Məktəbinin musiqi müəllimi Şəfiqə Həsənovanın bəsdələdiyi mahnı səsləndirilib. Sonra xalq yazıçısı şagirdlərin suallarını cavablandırıb. Məktəbin İnsan Resursları və İctimaiyyətlə Əlaqələr üzrə direktoru Amalya Sezgin çıxış edərək Avropa Azərbaycan Məktəbində  xalq yazıçısı Anarla görüşün baş tutmasından böyük qürur hissi keçirdiklərini qeyd edib. Azərbaycan Yazıçılar Birliyinin sədri görüşün təşkili üçün məktəb rəhbərliyinə və iştirakları üçün şagirdlərə minnətdarlığını bildirib.  Daha sonra xalq yazıçısı ilə xatirə şəkili çəkilib.

 

AYB.az

 

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə