Son xəbərlər

 


 İyunun 5-də Azərbaycanda VI Şairlər Günü qeyd olunacaq.

 Hələ altı il əvvəl Gənc Şairlər Birliyinin rəhbəri şair Xəyal Rzanın təklifi və təşkilatçılığı ilə əsası qoyulan bu tədbir ötən illərdə daha geniş miqyasda, Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, İran və Rusiyadan dəvət olunan qonaqların iştiraki ilə keçirilib. Qonaqlar arasında Yeşim Ağaoğlu (Türkiyə), Ender Balkır (Türk Halk Müzügü), Mehmet Özkaya (Türk Sanat Müzügü), Gulay Sezer (Türk müğənnisi), Yakup Ömeroğlu (Avrasiya Yazarlar Birliyi başqanı), Dmitro Stus (Ukrayna), Mixail Sinelnikov (Rusiya), Dalmira Tilepbergenova (Qırğızıstan), Şukratulla Rızayev (Özbəkistan), Giorgi Kekelidze (Gürcüstan), Kiyan Xiyav (İran), Konstantin Doroşenko, tanınmış radioaparıcısı – (Ukrayna), Givi Alxazişvili, görkəmli gürcü yazıçısı – (Gürcüstan), Mehmet Nuri Parmaksız, İLESAM başqanı (Türkiyə), Afaq Şıxlı – (Rusiya), Xasiyyət RÜSTƏM – Özbəkistanın “Kitab Dünyası” Qəzetinin baş redaktoru, “Şöhrət” medallı şair, Fanil GANJİ – Tatarıstan Yazıçılar Birliyin üzvü, şair-publisist (Tatarıstan), Məhəmməd Riza Cəfəri, tanınmış İran şairi (İran), Alptəkin Cevhərli – Türkiyə Cümhuriyyəti, Kocaeli Şairlər və Yazarlar Birliyinin qurucu başqanı, Züleyxa Karaman – Quzey Kıprıs Türk Cümhuriyyəti, araşdırmaçı-yazar, Dış Basın Birliyi başqanı, Aygül Suyunova – Özbəkistan Dövlət Şərq Universitetinin dosenti, Ayjarkın ERGEŞOVA – Qırğız Yazıçılar Birliyinin üzvü, şair-publisist, Enes İBRAHİM – Makedoniya parlamentinin üzvü, araşdırmaçı-yazar kimi tanınmış insanlar olub.

 Böyük Azəbaycan şairi, yeni Azərbayan şeirinin öncülü Mikayıl Müşfiqin doğum günüdür 5 iyun. Odur ki, (artıq 6 ildir) tədbirin təşkilatçıları məhz Müşfiqin adını daşıyan mükafatın şairlərə verilməsini məqsədəuyğun hesab edir. Şairlər Günün başqa bir özəlliyi isə şair və yazıçıların Müşfiqin rəmzi məzarına – Xəzər dənizinə gülsəpmə mərasimidir.

 Bu ilki “Şairlər günü”ndə də Gənc Şairlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Böyükelçiliyi Kültür və Tanıtma Müşavirliyinin, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi və Dünya Gənc Türk Yazarlar Birliynin təşkilati dəstəyi ilə dünyanın müxtəlif ölkələrindən tanınmış şair və ədəbiyyatçılar, sənət adamları və musiqiçilər iştirak edəcək.

 Ötən il V Şairlər Günü unudulmaz şair Nurəngiz Günün xatirəsinə həsr edildi. aybKitab layihəsində şairin “Qalanlara” adlı şeirlər kitabının nəşri, “Nurəngiz Günə Bir Bənd Şeir” adlı müsabiqənin təşkili, müxtəlif ölkələrdən təşrif buyuran tanınmış ədiblərlə Nurəngiz Günün məzarını ziyarət həyata keçirildi.

Bu il VI Şairlər Günü isə görkəmli Xalq şairi Vaqif Səmədoğlunun əziz xatirəsinə həsr ediləcək. aybKitab layihəsi çərçivəsində nəşr edilmiş Vaqif Səmədoğlunun “Sandıq şeirləri”nin də tədimatı məhz həmin gün Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Həmin gün həm də görkəmli şairimiz Vaqif Səmədoğlunun doğum günüdür. Bu gün bütövlükdə poeziyaya, həm də milli şeirimizin çox sevilən nümayəndələrinə olan hörmətin təzahürüdür.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə