Son xəbərlər

 

YENI ŞEİR MÜSABİQƏSİ

 

“ƏN YAXŞI ŞEİR”

Azərbaycan Yazıçılar Birliyi,  Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyi

YENİ ŞEİR MÜSABİQƏSİ

ELAN EDİR

Müsabiqənin informasiya dəstəyi www.ayb.az,www.nashir.az “Naşir” və “Ulduz” jurnallarıdır.

Müsabiqənin şərtləri: Müsabiqədə mövzu sərbəstdir, istənilən məzmunda, istənilən vəzndə yazılmış şeirlər müsabiqəyə təqdim edilə bilər. İştirakçılar müsabiqəyə yalnız bir şeirlə qatıla bilərlər. Müəlliflər şeirlərini aşağıda göstərilmiş hər iki e-mail ünvana (müəllifin şəkli və haqqında qisa məlumat vacibdir) göndərməlidirlər.

Müsabiqə 25 may 2014-ci il tairxində başlayır  – 25 iyun 2014-ci il tarixində yekunlaşır!

Qaliblər münsiflər tərəfindən seçiləcək. Münsiflərin kimliyi müsabiqənin yekununa qədər acıqlanmayacaq.

Mükafatlar: Birinci yerin qalibi diplom və qiymətli hədiyyə ilə təltif olunacaq. İlk beş yerin qaliblərinin  şerilərindən ibarət nəfis tərtibatla almanax kitab çap ediləcək. İştirakçılar arasından  seçiləcək ilk onluğa isə müxtəlif hədiyyələr və diplomlar təqdim ediləcək.

 

E-mail: ayb-metbuatxidmeti@mail.ru

E-mail: info@nashir.az

Əlavə məlumat üçün telefon: 012 567 81 28/29;  +994 50 358 77 55

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə