Son xəbərlər

Bakıda 1969-cu ildən nəşr edilən "Qobustan" rüblük incəsənət toplusunun ilk baş redaktoru xalq yazıçısı Anar olub. O, 1989-cu ildə Yazıçılar Birliyinin sədri seçiləndən sonra jurnala xalq şairi Fikrət Qoca rəhbərlik edib. 2004-cü ildən 2013-cü ilə qədər jurnalın redaktoru vəzifəsini tanınmış şair Ələkbər Salahzadə aparıb. İki ilə yaxındır ki, “Qobustan”a istedadlı jurnalist, yazıçı, tərcüməçi Vaqif Əlixanlı rəhbərlik edir. Jurnalın oxuculara indiyə kimi 168 nömrəsi təqdim edilib.

Ardını oxu...