Son xəbərlər

 

Səni heç vaxt unutmayacam, ölənə qədər, heç öləndən sonra da... Bu sözləri nə vaxtsa demişdi. Yaxşı yadındadı, bu sözləri deyəndə yağış yağırdı, burnunun ucundan sivişib keçən damcılardan biri fürstət tapıb “yalançı” – demişdi ona. Damla yerə çırpılanacan arxasınca baxmışdı. Vədinə o qədər inanırdı ki, damlanın dediyini saya belə salmamışdı. Sonra... çox yağışlar yağdı, elə bil vədi də yağışın o üzündə qaldı... Bir də onda ayıldı ki, unutmayacağını unudub. Dodağına təbəssüm qondu. Demək, bütün vədlər unudulur, bütün sevgilər tükənir, bütün arzular köhnəlir... İnsanı son nəfəsinəcən tərk etməyən yeganə hissin adı ümiddir. Heç bir hiss onun qədər vəfalı deyil. Səni ümidə tapşırıram...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə