Son xəbərlər

 

 ...Bircə söz yazılmışdı önündəki qapının üzərinə. Onun üçün Qarabağ təkcə söz deyildi. Ona görə əl atıb açdı qapını. Ürəyi atlandı doğma sözün havasından. Elə bildi qapını açanda doğma   torpağa qədəm basacaq, şəhid atasının qəbrini qucacaq, dəmir vaqonda qəriblikdə can verən anasının laylasını duyacaq. Nə biləydi başına gələcəkləri...

 

İçəri keçdi, üzündə sevinc, qəlbində ümid, elə həyəcanlı ki, işıqdan gözləri parlayırdı. O an qarşısına bir qadın cıxdı, üz-gözündən kin-kidurət tökülürdü. Üzünə nə qədər süni təbəssüm versə də alınmırdı. Əsl küpəgirən qarı idi durmuşdu qarşısında. Ancaq onun gözləri işıqdan tutulmuşdu. Eybəcər, xain, nankor üzləri görmək istəmirdi. Qarabağa gəlmişdi... Birdən solğun üzlü, nursuz, elə o küpəgirən qarı kimi rola girmiş ruhsuz-cansız müdir gəldi. İlahi, o, Qarabağ adının izi ilə gəlib hara çıxmışdı, bu doğma sözün arxasında nə qədər yad, yalançı, xain adamlar varmış, gözlərinə inana bilmirdi... Demə, qapının üzərində yazılmış Qarabağ sözü saxta bir reklam imiş. Onun kimi təmiz ürəkli, Yurd nisgilli adamları tora salıb haqqını tapdalamaq, ədalətsizlik, nankorluq varmış bu reklamın arxasında...    

...Onun üçün adamlar da Qarabağdı, yurdun bir parçasıdı, havasıdı, suyudu. Amma sən demə, adını Qarabağ qoymaqla dönüb Qarabağ olmazmış adam, lap qarabağlı olsa da...

...Özünü bir anda bayıra atdı və baş götürüb qaçdı qaça bildikcə. Hava çox isti idi. Amma onu yandıran yalançı, yandırıcı “Qarabağ” havası idi. Gözlərindən süzülən isti göz yaşları od kimi yanağını yandırırdı. Birdən dayandı, özünə baxdı, ağlamaqmı? Kimsənin yanında ağlamazdı. “Bu da keçər”- deyə, tez özünü ələ aldı. O qapıdan və bütün düşməndən Qarabağı azad etməliyik, mütləq edəcəyik deyə, düşündükcə qəlbinə  sanki işıq düşdü...   

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə