Son xəbərlər

 
Biri vardı, biri yoxdu. Böyük-böyük dəryalarda üç balıq balası vardı. Bir gün bu üç balıq balasını ucsuz-bucaqsız sulardan ayırıb çox-çox uzaqlara apardılar. Balıq balalarının ən balacası, ən zəifi, ən yuxaürəyi azad sulardan ayrılanda hönkürtüylə ağladı da. Ancaq onun göz yaşlarını heç kəs görmədi. Bir xeyli şüşə qəfəsdə yol gedib, dəmir qapılardan keçdilər. O vaxtdan üç balıq balası dəmir qapıların o üzündə insanlarla bir yerdə yaşayır. Üç balığın yeganə arzusu şüşələrin, dəmir qəfəslərin o üzündəki sulardı. Balıqlar güclə eşidiləcək səslə gecə-gündüz Allaha yalvarırlar ki, Yer üzündə daha heç kəs qəfəsə düşməsin, heç bir balıq balasının taleyi onlarınkı kimi uğursuz olmasın... Biri vardı, biri yoxdu. Gecə-gündüz heyvan haqlarından danışan bir ailədə üç talesiz balıq yaşayırdı... Nağılımızın sonunda göydən üç tilov düşdü. Tilovların ucunda üç ümid çırpınırdı...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə