Gözəl bir fevral səhəri idi. Hər tərəf ağappaq qarla örtülmüşdü. Havadakı ayaz insanin ciyərlərinə dolduqca ürəyə rahatliq getirirdi. Təbiətin gözəlliyi insanın beynindəki bütün mənfi düşüncələri sanki təmizləyirdi.

 

Gelnimiz Inci həyəti süpürürdü. Anam Səkinə isə  həyətdə təndir çörəyi bişirirdi.

Qonşumuz­ - məktəbdən qayidan Xalidə darvazanın ağzından keçəndə, həyətə boylanıb bizimlə görüşdü. Bir xeyli söhbətləşdik. Eslində bu bir adət halını almışdı. Sadəcə bir – iki gün idi ki, Xalidənin başı oğlu Əlini məktəbə aparib- gətirməyə qarışmışdı. Bu səbədən idi ki, gec-gec görünürdü.

Anam Xalidə ilə salamlaşan kimi görünməməyinin səbəbini öyrənməyə çalışdı.

Xalidə isə qar yağdığı üçün Əlinin məktəbə tək gedib – gələ bilmədiyini bildirərək onu dərsə aparıb - gətirdiyini söylədi. Gəlnimizin hamilə olduğunu eşitmişdi. Anamı təbrik etdi.

Anam sözə başlamamış İnciyə gülümsəyərək baxdı. Gəlinimiz utanaraq sakitcə başını aşağı saldı.

Anam: çox saq ol! Amin İnşallah! Deyəsən bizə də 11 ildən sonra nəvə sevmək qismət olacaq . - dedi

Xalidə: Amin İnşallah ay Səkinə xala, Amin!

Anam: ay qız, nə durmusan orada? Keç içəri bir az dərdləşək. Inci qızım da çay gətirər - dedi.

Xalidə: ay Səkinə xala qoy yemək hazırlayım, Əlini məktəbdən götürüb sonra gələcəm. Mən də sizin üçün darıxmışam.

Anam: sən yeməyi hazırla gəl. Nübar gedib  Əlini gətirər.

Xalidə: yaxşı gələcəm. Iki saatdan sonra Nübar gedib  Əlini götürər.

Anam məni səsləyib içəridən çölə çağırdı. Yemək yeyirdim. Süfrədən qalxıb həyətə qaçdım.

Anam: ana sənə qurban... yeməyini ye. Birazdan Əlini məktəbdən gətirərsən. – dedi.

Mən: yaxşı ana. Gedərəm.

Çox keçmir Xalidə evlərindən bizə geri qayıtdı. Anam hələ də çörək bişirirdi.

Yeməyimi qurtaran kimi həyətə çıxıb Xalidə ilə görüşdüm. Sonra Əlinin arxasıca məktəbə yollandım.

Məktəbə gedən cığırla addımlaya – addımlaya sanki istirahət edirdim. Sakitliyin içərisində addımlarımın qarda yaratdığı xışıltı elə bil həzin musiqi kimi səslənirdi.

Qarla örtülmüş təbiət gəlin kimi görünürdü. Yol uzandıqca göz oxşayan gözəllikdən doymaq olmurdu. Artıq məktəbə yaxınlaşırdım. Yol azaldıqca uşaqların səsi sakitliyi pozmağa başladı. Dərsdən çıxan uşaqların qışqırıqları da insanda xoş təəssürat yaradırdı. Qartopu oynayan balacaların gülüşlərini dinlədikcə insanın özündən xəbərsiz dodaqlarında gülüş yaranırdı.

Əli məni görən kimi yoldaşlarından ayrılıb yanıma qaçdı. Uşağın sevinməyindən belə hiss elədim ki, bu neçə gündə o da mənim üçün darıxıb. Yol uzunu oynaya – oynaya gəldik.

Anam çörəyi bişirib qurtarırdı ki, biz darvazadan içəri girdik. Əli əvvəl anamın sonra gəlnimizin qucağına qaçdı. Hər ikisi ilə görüşüb anasının yanında dayandı.

Inci süfrəni yığdıqdan sonra anam ilə qonşumuz Xalidəyə çay süfrəsi hazırlayırdı. Anam isti çörəkləri süfrənin arasına yığıb Xalidəyə də pay ayırdı və çay dəsmalına bükdü.

Anam: Xalidə, götür senin üçün  isti çörək bükmüşəm apararsan evə.

Xalidə: çox saq ol ay Səkinə xala.

Gəlinimiz İnci süfrəyə yağ, pendir və çörək düzdü. Əli yeməyini yeyə - yeyə oynayacağımız oyunu məndən soruşurdu. Oynamağa tələsməyi çox gülməli görünürdü. Yeməyini də tələsə - tələsə yeyirdi ki, mənimlə oynasın. Anam onu söhbətə tutdu.

Səkinə:  Əli, dərslərin necədi?

Əli: yaxşıdı Səkinə nənə. Bu gün 5 almışam.

Uşaqın aqzından söz bitməmiş mən sual verdim: aldın yoxsa yazdılar?

Əli: eee inanmırsan özüm almışam?

Xalidə: özü alıb bacısı. Dərsdən gələn kimi dərslərin hazırlayır, sonra oynamağa gedir.

Anam gülümsəyərək dilləndi: afərin mənim balama.

-         Axı çəkdiyi nəvə həsrətini Əlidən alırdı.

Atam Qurban ilə Xalidənin həyat yoldaşı Alı da birlikdə gəldilər. Xalidə ilə anam onlarla görüşmək üçün da ayağa qalxdılar. Köməkləşib süfrə açdılar.

Atam: ooo nə yaxşı, nə yaxşı Xalidə qızım da burdadı ki. Ay səni xoş gördük. Bayaq Alıya da deyirəm,a bala, haralardasınız? Niyə görünmürsünüz?

Xalidə: nə bilim ay Qurban dayı. Alı işə gedir mən də Əlini məktəbə aparıb – gətirirəm, bir az evləri təmizləyirəm bir də görürəm axşam düşüb.

Hamimiz süfrə başına keçdik. Mən öz atamı, Əli isə öz atasını öpdü. Sonra Əli atamın da boynuna sarıldı.

Biz Əli ilə yenidən gizlən qaç oynamağa getdik.

İnci yenidən çölə çıxdı və samovarı alışdırıb evə keçdi. Sonra köməkləşib süfrəni yığdılar ki, çay tədarükü görsünlər. Hava isə qaranlıqlaşdıqca gündüz olan sakitlikdən əsər - əlamət qalmamışdı. Küləyin uğultulu səsi elə bil fəryad dolu musiqi zümzümə edirdi. Artiq çaylarını da içib bitirmişdilər. Qonşumuz Alı dilləndi:

Alı: Qurban dayı, artıq gecdi icazə verin biz gedək.

Atam: hara gedirsən a bala. Ayda – ildə bir dəfə gəlirsən bele tez hara buraxıram sizi. Bir az əyləşin indilərdə Vidadi də gələr.

Alı: yaxşı Qurban dayı. Necə deyirsiniz elə də edək.

Həyət darvazasının cırıltısı eşidildi. Çox keçmədi nəhayət qardaşım Vidadi də evə gəldi. Qonaqları görüb keyfi açıldı.

Vidadi: salam! Mənsiz yeyirsiniz?

Atam: artıq yox. Yeməyimizi səninlə bölməli olacağıq.

Vidadi: nuş olsun! Necəsiniz?

Vidadi də yeməyini yedi. Atam və Alı ilə söhbət etdilər. Gecədən xeyli keçmişdi.

Alı: Qurban dayı, icazə versəniz biz yavaş – yavaş gedərdik.

Atam: indi gedin ancaq tez – tez gəlin. Alı oğlum, sən mənə rəhmətlik dostumun yadigarısan. Səni öz oğlumdan ayırmıram.

Qonaqlar  evlərinə gedənə kimi biz çoxdan  yatmışdıq. Hər dəfə Əliyə qoşulanda oynamaqdan çox yorulduğum üçün nə vaxt yuxuya getdiyimi heç özüm də hiss etməmişdim.

Alı oğlunu qucağına götürüb evlərinə getməyə hazırlaşırdı. Anam isə məni oyatdı:

Anam: Nübar, Nübar oyan paltarlarını dəyiş rahat yat. - dedi

Yuxum qaçmışdı, paltarlarımı dəyişsəm də yuxu tutmadığı üçün pəncərədən həyətə boylandım. Kəndin işıqları yavaş-yavaş sönürdü. Birdən silah səsləri eşidilməyə başladı. Heç nə anlamadığım üçün bir anlıq yerimdə donub qaldım. Mənə elə gəldi ki, kəndin ovçuları yenə ova çıxıblar.

Iki kişi həyətə girib evimizə yaxınlaşdı. Hələ də nə olduğunu dərk edə bilmirdim. Qapı təpiklə açıldı. Sonra evə soxuldular. Hamimizi oyadib  silahla hədələyə - hədələyə çölə, tövləyə apardılar. Başqa iki nəfər də qova-qova Alını, Xalidəni və onların oğlunu da həmin tövləyə gətirdi. Kişilərin əllərini və ayaqlarını bağladılar. Hələ də nə olduğunu anlamırdım. Onların birinin Samvel, digərinin Vartan olduğunu eşitdim. Adlarından erməni olduqlarını anladım. Qonşularımızı gətirən Andranik Vartana deyir.

Andranik: bu türkləri sizə bağışlayıram. Istədiyinizi edin.

Həmin gecə səhəri tövlədə qarşılaşdıq. Adı Aşov olan erməni gecə yanımızda keşik çəkmişdi. Digərləri isə getmişdilər. Çox güman ki evdə gecələyəcəkdilər.

Səhər Vartan təpiklə tövlənin qapısını açanda yuxudan vahimə ilə ayıldıq. Gəlinimiz İncini güclə tövlədən çıxarmaq istəyirdilər. Qardaşım Vidadi həyat yoldaşını müdafiə etmək istəyir ancaq əl – ayağı bağlı olduğu üçün heç nə edə bilmirdi. Əlindən yalnız gücü çatan qədər bağırıb onları söymək gəlirdi. Vartan adlı erməni Incini şillə ilə vurdu. Qardaşım yenidən qışqırmağa başladı.

Vidadi: alçaqlar, buraxın qızı. Gücüvüz qız - gəlinə çatır?!

Vartan: sən səsini kəs.

Sözü bitən kimi qardaşımı güllələdi. İnci onun yanına qaçdı, qucaqlayıb ağladı. Hər şey qorxulu bir yuxu kimi idi. Anam və atam da onun yanına getmək istəyirdilər, lakin ermənilər imkan vermədi.

Vartan İncini yenidən zorla çölə çıxarmağa başladı. Köməkləşib onu sürüyüb bir az qırağa çəkdilər. Bu dəfə anam gəlinimizi müdfiə etmək ücün Vartanın üstünə cumur onu vurmağa çalışırdı. Mənim beynim sanki donmuşdu. Olanlari dərk edə bilmirdim. Sanki səslər quyunun içindən gəlirdi. Gələn səslərin arasından anamın səsini eşitdim. Ağlayırdı...

Anam: ay alçaqlar, Allahdan da qorxmursunuz?

Vartan anamı vurub yerə yıxdı. Ancaq o susmurdu. Sanki var gücü ilə qışqırırdı.

Anam: görmürsünüz hamilədi, yazıq sizə nə edib axı, onunla belə rəftar edirsiniz?

Ağlamaq səsləri eşidirdim, kişilər isə əl – ayaqlarını açmağa çalışırdılar. Lakin mən nə ağlaya, nə də yerimdən tərpənə bilirdim.

Emənilər isə silahin arxası ilə kişiləri vurub sakitləşdirməyə çalışırdılar. Camaat sakitləşdikdən sonra Vartan yenidən İncinin üstünə cumub onu yerə yıxdı.

Vartan: deməli gəlmək istəmirsən. Onda səni cəzalandıracam - dedi

Silahi yenidən üstümüzə tuşlayıb hamını çölə çıxartdı. Vartan yüksək səslə yanindaki ermənilərə əmr verdi.

Vartan: Aşov, Robert, Arakel siz hamını çölə çıxardın. Haminiz bir nəfər kimi çıxın çölə.

Hamini zorla, itələyə - itələyə çölə çıxartdılar.

Vartan isə İncini çölə çıxartdı. İtələyib yerə yıxdı, avtomatının süngüsü ilə gəlinin qarnını yardı və qarnındakı körpəni çıxartdı. Qışqırıq və hıçqırıq səslərindən qulaq tutulurdu.

Birdən sükut çökdü. Gəlinimiz və uşaq ikisi də ölüşdü deyəsən. Vartan uşağı əllərində tutaraq, gülə - gülə dilləndi. Onun səsi insanin əsəblərini tarıma çəkəcək dərəcədə qulaqlarında cingildəyirdi.

Vartan: bir türkün başını doğulmamış əzmək lazımdı. Bu da böyüyüb əsgər olacaqdı.

Öz – özümə görəsən bu kabus nə vaxt bitəcək deyirdim. Əsirlərdən hamısı ağlayırdı. Anam qışqıra – qışqıra ağlaya – ağlaya ermənilərə deyirdi:

Anam: siz bizim doğulmamış əskərlərimizdən də qorxursunuz. Alçaqlar, qorxaqlar... Onu öldürsəniz də bir gün hər şeyə görə cavab verməli olacaqsınız. Əsgərlərimiz doğulmağa davam edəcək.

Anamın sözləri qurtarmamış Vartan onu vurdu. Sonra yanındakı ermənilərə bizi tövləyə aparmaları üçün əmri verdi. Biz tövləyə aparandan sonra hamısı oranı tərk etdilər. Ancaq onlardan biri Aşot adlı erməni bizimlə qaldı. Mən də artıq yavaş – yavaş olanları dərk edirdim.

Vartan yenidən dilləndi

Vartan: kəs səsini qoca kaftar.

Ağlaşma bir az davam etdi, hamı sakitləşəndən sonra Aşot siqaret çəkmək üçün çölə çıxdı. Atamın əl - qolu bağlı idi. Buna baxmayaraq güclə  anamın yanına gəldi. Anamın köməyi ilə yerdən qalxdı. – dedi.

Atam: bu gün 11 il həsrətini çəkdiyimiz nəvəmiz dünyaya gəldi. Qol aç sən də oyna ay nənəsi:

Atamın heç vaxt belə görməmişdim. Anam onu qucaqlayıb sakitləşdirməyə çalışırdı. Qucaqlaşıb bir xeyli ağlayırdılar, İçəridəkilər də onlara qoşuldu. Aşov içəri girib atamı o vəziyyətdə görüb hirsləndi. Atamı itələyib yerə yıxdı.

Aşov: sən bura necə gəlib çıxmısan? Keç yerinə,qoca kaftar.

Qonşumuz dözməyib erməninin üstünə acıqlandı, Aşovla dalaşmağa başladı.

Xalidə: ay alçaq qoy heç olmasa dərdimizi adam kimi yaşayaq. Nə istəyirsiniz bizdən? Nə vermisiniz axı ala bilmirsiniz?

Aşov: bu dəqiqə səni də o biri dünyaya göndərəcəm dərdini orda rahat-rahat yaşayacaqsan.

Xalidə: öldür. Ölmək verdiyiniz işgəncələrdən asandir. Deyərək var gücü ilə bağırdı.

Içəridəkilər hamısı alçaqlar, namərtlər sözlərini tez-tez təkrarlayırdılar.

Aşov: kəsin səsinizi! Bu dəqiqə hamınızı qıracağam.

Bir müddətdən sonra içəri sakitlik çökdü. Mənimlə Əlidən başqa hamı oyaq idi. Bir qıraqda hərəmiz öz anamızı qucaqlayıb yatmışdıq. Qapı bərkdən açıldı, hava işıqlanmışdı. Ermənilər içəri girdi. Yuxudan necə ayıldığımı heç özüm də anlamadım. Vartan yenə qışqırırdı.

Vartan: qalxın bəsdir yatdınız. Aşov sən gedib istirahət edə bilərsən.

Ermənilər hamısı çölə çıxdı. Əli ağlaya-ağlaya anasını qucaqladı. Uşaq çox qorxmuşdu.

Əli: ana, acmışam. Evimizə gedək. Burdan qorxuram.

Əlində heç nə gəlməyən Xalidə blaca Əlini ancaq seçdiyi sözlərlə sakitləşdirə bilirdi.

Xalidə: ağlama ağıllı balam. Hər şey düzələcək. Bir az səbr elə, evimizə də gedəcəyik. Ağlama ana sənə qurban.

Anası Əlini qucaqlayıb başına sığal çəkdi və onu sakitləşdirməyə çalışdı. Yenidən Robert, Arakel və Vartan içəri girdilər. Yanlarında zincirlənmiş yekə və olduqca vahiməli görünən itlər də var idi. Əli qorxub anasını qucaqladı. Uşağın qorxduğunu hiss edən Vartan.

Vartan: ey balaca türk... Qorxursan? – deyə soruşdu.

Xalidə: o heç kimdən qorxmur. Heç birimiz sizden qorxmuruq. – cavabını verdi.

Vartan Xalidənin dediklərinə heç fikir vermirmiş kimi yenidən Əli ilə söhbətinə davam etdi:

Vartan: istəyirsən səni buraxaq? Səninləyəm ee balaca. - Robert, Arakel hamını çölə çıxart.

Xalidə Əlini, anam da məni qucaqlamışdı. Hamımızı yenidən çölə çıxardılar.Vartan Əlini zorla anasından almağa çalışırdı.

Alı: Ailəmi rahat buraxın. Nə işiniz var mənimlə həll edin. – deyə bərkdən qışqırdı.

Xalidəni kənara itələyib yerə yıxdı. Uşaqla anasını güclə də olsa ayırdılar. Heç kimin əlindən heç nə gəlmirdi. Kişilərin əlləri bağlı idi.

Xalidə: alçaqlar, o hələ körpədi. Buraxın onu.

Vartan: nə olsun körpə də olsa türkdü.

Alı əl - qolunu açmağa çalışırdı.

Vartan: deyəsən birinci sən ölmək istəyirsən. Nə olar, səni arzuna məmnuniyyətlə çatdırarıq.

Alını ağaca bağlayıb diri - diri yandırdılar. Xalidə Əlini qucaqlayıb gözlərini əlləri ilə bağladı. Uşaq qorxmasın deyə asta səslə yalvarmağa başlayır.

Xalidə: etməyin yalvarıram sizə. Biz sizə nə etmişik axı?

Aqridan dişlərini bir - birinə sixan Ali güclə dilləndi.

Ali:  bu alçaqlara yalvarma.

Alı ağrısını hiss etdirmirdi ki,  Əli qorxmasın. Hamı ağlayırdı. Xalidə isə Əlini qucaqlayıb, için – için  ağlayirdi. O da qışqırmırdı ki,Əli qorxmasın. Bir insanin diri – diri yandırılmasının nə qədər dəhşətli olduğunu mən onda gördüm. Gördüyüm dəhşətlərdən az keçmişdi ki, Əlini anasından ayırdılar.

Vartan: balaca, qaçmaq istəyirsən? Istəyirsən səni buraxaq?

Əli ağlamağını dayandırıb Vartana baxdı. Vartan yenidən yanındakı ermənilərə əmr verir.

Vartan: uşağı buraxın. Itləri də açın.

Itlərin ipini bir az buraxırlar ancaq tam buraxmırlar sonra, uşağa yaxınlaşdırırlar. Əli qorxudan şalvarını isladır və ağlamağa başlayır.

Xalidə Əlinin yanına getmək istəyəndə Robert onu itələyib yerə yıxdı. Xalidə yerdə sürünə - sürünə Vartana yaxınlaşdı və onun ayaqlarına düşərək yenidən yalvarmağa başladı.

Xalidə: buraxın onu, o hələ körpədi. Yalvarıram, buraxın!

Robert: Vartan, anasının xahişini bəlkə nəzərə alaq?

Vartan: alaq deyirsən alaq daaa. Balaca, gəl səninlə bir oyun oynayaq. Biz itləri buraxacağıq sən qaçacaqsan. Qaça bilsən evinizə gedəcəksən, qaça bilməsən itlər səni yeyəcək. Sözü qurtaran kimi yenidən beyinlərə təəssir edən gülüşü səsləndi.

Itləri buraxırlar Əlinin ürəyi partlayıb öldü. Uşaöın aqzından qan gəlirdi.

Anası ağlaya – ağlaya uşağın yanına gedi qucağına alıb qışqırmağa başladı. Ağlayıb bir az sakitləşəndən sonra Vartanın üstünə cumdu və onu vurdu. Sanki bütün acığını çıxmaq istəyirdi.

Xalidə: nə istədiniz onda. Alçaqlar.

Vartan Xalidəni də güllələdi. Həmin gün bir ailənin beləcə sonunu gördüm.Yenidən bizi tövləyə apardılar. Hava qaranlıqlaşmışdı. Aşov yenə bizimlə qaldı, qalan ermənilər evlərə gecələməyə gedilər. Səhər yenə qapı təpiklə açıldı. Vartan, Arakel, Robert içəri girdi. Deyəsən növbə mənim idi. Məni hara isə aparmaq istəyirdilər. Getmək istəmirdim. Atam məni qorumağa çalışırdı. Lakin əlləri və ayaqları bağlı idi.

Vartan atamı da güllələdi. Sonra əsəbdə oynayan gülüşü ilə müşaiət olunan səsi eşidildi.

Vartan: qız sənin idi, indi oldu bizim.

Qeyri iradi olaraq ayaqlarım məni atamın yanına apardı. Onu qucaqlayıb ağlamağa başladım. Əlimdən  başqa heç nə gəlmirdi ki...

Atam ölüm ayağında olsa da məni sakitləşdirir və qorxmamağımı istəyirdi. Durmadan sakit səslə deyirdi: ağlama mənim ağıllı qızım. Heç vaxt ağlama. Allah sənə kömək olsun! Allaha əmanət ol!

Məni Allaha əmanət edib gözlərini əbədiyyən yumdu. Vartan məni yenidən tövlədən çıxartmağa çalışırdı. Bu dəfə anam onlara yalvarmağa başladı.

Anam: qurban olum sənə qızıma toxunma.

Anamın yalvarışları məni özümdən çıxartdı. Olanlara daha dözmürdüm. Anama dedim: - ana bu alçaqlara yalvarma. Onlar sənin yalvarışlarına layiq deyil.

Sonra Vartanı təpiklə vurdum. Özümdə deyildim qışqıraraq onun əlindən çıxmağa çalışırdım. Vartan yenə məni zorla çölə çıxarmaq istəyəndə anam məni qorumağa çalışdı. Onların əlindən qurtulub anamı bərk-bərk qucaqladım. Birlikdə bir qırağa qısıldıq.

Vartan yenidən əsəbə toxunan danışıq tərzi ilə dilləndi:

Vartan: yaxşı görürəm qızın çox qiymətlidi. Görək nə qədər qiymətlidi.

Sonra Arakeli və Roberti yanına çağırıb, qulaqlarına nə isə dedi. Robert tövlədən çıxdı, Arakel isə anam ilə məni bir – birimizdən ayırdı.

Məni vurandan sonra heç nə yadımda deyil. Ayılanda anamı yerdə uzanılı və əl-ayağı bağlı gördüm. Ayağa qalxmaq istəyəndə özümün də əl – ayağımın bağlı olduğunu gördüm.

Vartan: demək ayıldın. Indi bizi diqqətlə izlə. Sizinlə bir imtahan keçirəcəyik. Görək anan səni nə qədər çox istəyir.

Vartan əlindəki mismarları anamın ayaqlarına vururdu. Hər dəfəsində də soruşurdu: - qızını bizə verirsən?

Anam ağlaya-ağlaya Vartanın üzünə tupurdu. Vartan da yenidən əlindəki mismarları anamın ayaqlarına vurmağa davam edirdi. Anam və mən qışqırıb ağlasaq da Vartan heç birimizi eşitmirdi sanki. Öz çirkin əməlinə davam edirdi. Sora bir daha əlini saxlayib soruşdu:

Vartan: fikrini dəyişdin?

Anam cavab verdi: - alçaqlar. Allah bəlanızı versin!

Vartan yanındakı ermənilərə baxıb gülə-gülə danışmağa başladı.

Vartan: kaftarın canı bərkdi aaa.

Vartan sözünü qurtarıb yenə alçaq əməlinə davam etdi. Anam ağrılara dözməyib dünyasını dəyişmişdi deyəsən. Anamın sakitləşməyi ilə mən də bir müddət sakitləşdim. Alçaq Vartanın gülüşü yenidən eşidildi. Sonra dediyi sözlər heç vaxt unuda bilməyəcəyim cingiltili səslə eşidildi. Onun: “öldü deyəsən” sözündən sonra sakit səslə iki dəfə “ana, ana məni canından da artiq sevirsen” deyə bildim sonra huşumu itirmişdim deyəsən.

Ayılanda özümü bir evdə gördüm. Ətrafıma baxıb, divara qısıldım. Həyatda tutunacaq kimsəm qalmamışdı.

Birdən qapı açıldı . Içəri bir qadın girdi.

Qadın: axçi, özünə gəldin? - dedi mənə.

Sonra yenidən otaqdan çıxdı. Deyəsən alçaq ermənilərə mənim oyanmağımı xəbər verirdi. Vartanın əsəbdə oynayan səsi yenidən eşidildi. Qadına dedi- get qızı gətir. Arvad yenidən mən olan otağa qayıdanda divara qısılıb qorxa-qorxa ona baxırdım. Mənə qalxmağı əmr etdi. Yerimdən tərpənmədim.

Arvad: yüksəs səslə mənə qalx ayağa- dedi.

Mənim heç bir reaksiya vermədiyimi görüb yenidən dedi: - Eşitmirsən?! Özüvü naza qoymusan?! Qalx demirəm sənə.

Məni zorla qaldırıb sürüyə - sürüyə Vartangil olan otağa gətirdi və otağın içinə itələdi. Ayaq üstə dayana bilməyib yerə yıxıldım. Vartan məni görüb gülməyə başladı. Içkili olduğu danışığından hiss olunurdu.

Vartan: necəsən qız? Qalx ayağa: - dedi.

Ayağa qalxıb, bir az arxaya çəkildim. Qapının ağzına keçib dayandım.

Vartan:  bizim üçün rəqs et: - dedi.

Oynamamaq üçün israr etdiyimdə isə məni döyürlər. Daha gücüm qalmamışdı, huşumu itirdim. Ayılanda ermənilərdən ikisinin otaqda yatdığını gördüm. Biri başını stola dirəyib, bir də yerdə yatmışdı. Yerdə yatan erməninin silahının üstündən taxılı olan süngünü (biçağı) çıxardıb boğazını kəsdim. Xırıldamağa başladı. Sonra başını stola dirəyib yatan erməniyə yaxınlaşdım. Bıçağı boynunun arxasına sancdım. Sonra otağın qapısına yaxınlaşdım. Vartan çarpayida yatmışdı. Xorultusundan qulaq tutulurdu. Əlimdəki bıçaqla onun sinəsini dəfələrlə parçaladım. Xırıldayırdı. Mən onu öldürdükcə əməlləri gözümdə canlanırdı. Sonra sakitlik oldu.  Dayandım və ona baxdım. Deyəsən ölmüşdü. Ağladım ancaq onu öldürdüyümə peşman deyildim. Buna baxmayaraq ağlayırdım.

Otağın içindəki pəncərədən bayıra çıxaraq yavaş-yavaş meşəyə doğru getməyə başladım. Qaranlıq çökmüşdü. Canavarlar ulayırdı, itlər hürürdü. Buna baxmayaraq mən asta-asta addımlayaraq meşəyə girdim. Hara getdiyimi nə etdiyimi heç özüm də bilmirdim. Özümdə olmadığım üçün soyuğu da hiss etmirdim. Yorulub dizləri üstə yerə yıxıldım və ayağa qalxmağa taqətim qalmamışdı. Birdən başımı qaldırıb anamı gördüm. Yanımda əyləşdi, sonra başımı sığallamağa başladı. Başımı anamın dizləri üstə qoydum. Başımı sığallamağa davam etdi. Mənimlə danışmağa başladı:

Anam: səni döydülər? Yaraların ağrıyır? - deyə soruşdu.

Mən: artıq ağrı hiss etmirəm. – deyə bildim. Sonra necə yuxuya getdiyimi heç özüm də bilmədim.

Ayılanda kiminsə əlinin boğazıma yaxınlaşdığını hiss etdim. Yuxudan sıçrayıb özümü müdafiə etməyə çalışdım. Onu vurmağa başladım. Əskər paltarında idi. Mənə: qorxma. Biz Azərbaycan əskəriyik. Gəlmişik səni aparmağa: - dedi.

Əskərin sözləri məni xeyli sakitləşdirdi. Sonra buşlatını çıxarıb, mənim çiynimə saldı və ayağa qaldırıb maşına tərəf apardı. Maşın hərəkət etdikcə uzanan yola baxıb fikirləşirdim. Hər şeyimi o yolda itirmişdim. Nəyim qalmışdı? Niyə yaşayırdım? Artıq sığınıb ağlayacağım, darıxdığımda ziyarət edəcəyim bir məzarda yox idi. Boşluqda idim. Dərin, bitib tükənməyən bir boşluqda.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə