5 iyun “Şairlər” günündə düşündüklərim.

 

         İndi sənin gülləlindiyin zaman deyil. Kaş yenə o zaman olaydı, o bağ olaydı – yenə Müşfiq olaydı. Səninsə bizə şerin qalıb, bir də əbədi gənc obrazın. Yaşasaydın saçı ağarmış, beli bükülmüş bir qoca olacaqdın. Amma “SÖZÜ” yaşatdın. Sən sözə gəldin sözü yaşatdın. Biz də sənin sözünün işığına yığışmışıq.

         5 iyun 2015 – O gün səni nəşinin atıldığı dənizin sahilindəyik. Bir vaxt səni bura gətirənlər əllərində güllə gətirmişdilər. Biz isə gül - çiçəklə gəlmişik...

         Yenə də “Dalğalar kişnəyən ata” bənzəyir. Yenə də “Sular xırçındı”. Amma hamımız istəyirik ki, cumub səni alaq dalğaların əlindən amma bu mümkünsüzdür. Bir şey bacarırıq al qan rəngli qərənfilləri sənin əbədi uyuduğun dalğalara ataq. Bir vaxt o dalğalar sənin qanından qızarmışdı, utanmışdı. İndi isə qızardılır qərənfil gülləri ilə.

         Bu təşəbbüsü ilk dəfə gözəl şair, işıqlı insan Xəyal Rza həyata keçirib. Dənizi gül yağışına tutmaq yalnız Xəyalın ağlına gələrdi. Bu Xəyalın şeiridir - gülləri dənizə atmaq. Xəyalın ən həzin, ən kövrək, ən poetik və yazılmamış şeiridir. Hərifə, qələmə, misralara sığmır bu şeir. Dəniz kimi dərin, səma kimi sonsuz olur. Biz şairlər, Xəyal Rzanın şair “Xəyalın”-dan doğan o şeiri yaşayırdıq o gün. O gün hamının ürəyi eyni ritimdə vururdu. Hamının beyni eyni qafiyəyə köklənmişdi. Hərəmiz o şeirin bir bəndi idik. O şeirin adı “MÜŞFİQ” idi.

         Bu günə həmdə bütövlükdə mərhum şairimiz, Nurəngiz Günün kövrək xatirəsi bələnmişdi. Nurəngiz Gün 60-cı illər azərbaycan gəncliyinin “Gözəllik” simvolu olub. Eyni ilə Monita Vittini xatırladır. Azərbaycan ədabiyyatını xatırlayan estetik ideal idi Nurəngiz Gün. O təkcə Azərbaycan xalqının ədəbi-bədii yaradıcısı kimi yox, həmdə gözəllik istedadı kimi üzə çıxıb, könüllərdə yuva qurmuşdu. Nurəngiz Günün şeirlərinin öz suyu, öz havası, öz torpağı vardı. Onun hər bir şeiri ayrıca bir dünya idi. Onun şeirləri öz dilində, özünəməxsus bir ifaçılıqla səsləniridi. O heç kimi təkrarlamırdı və onuda heç kim təkrarlaya bilmirdi:

                  

                            Əvvəl sən gəldin,

                            Sonra bu kədər

                            Əvvəl sən tovladın,

                            Ovçu sonradan tovladı.

                            Əvvəl özün,

                            Sonra divar.

                            Əvvəl sən başladın,

Sonra dediqodular

Əvvəl sən güldün,

İndi mən

Əvvəl mən öldüm

Indi sən

Ah məhəbbət...

Sənə də rəhmət

Mənə də.

 

         Şairlər günündə bir - birindən maraqlı qonaqlar vardı. Müxtəlif ölkələrdən gəlmiş həmçinin Azərbaycanda yaşayıb-yaradan  yazarlar çıxışlar edib, “Müşfiq” mükafatı ilə təltif olundular.

         Hamımız Jalə xanımı görüb təsəlli tapırdıq. Nurəngiz Gün gənc gözəl Jaləsinin timsalında səhnədə canlandı. Bu canlanma ilə sanki Nurəngiz Gün özünün ikinci ömrünü yaşayırdı. Həmin Günün əsas qəhrəmanı, bu möhtəşəm gecədən təsirlənib, tədbiri sakitcə dinləyən tamaşaçılar, Nurəngiz Günün Xəyal Rzanın tərtib etdiyi, “Qalanlara” kitabı və onun saçını, gözünü, yerişini bütün varlığında canlandıran Jalə xanım idi. Jalə xanım həmdə millətimizin arxalandığı, güvəndiyi, etimadını doğrultduğu millət vəkilidir.

         Jalə xanım anasının həyata keçməyən, ürəyində qalan arzularının təcəssümü idi. Demədiyini demək istəyən, yazmadığını yazmaq arzusunda olan şair ruhlu bir övlad simvolu idi – Ana obrazı idi. Bu ipək təbiətli xanımın bütün varlığından şeiriyyət yağırdı. Jalə xanım Nurəngiz Günün Şeiri idi. Başqa vaxtlar o anasından çox danışardı, şeirlərini əzbər deyərdi amma o gün Jalə xanım sanki bir dəniz idi. Dəniz kimi gəlmişdi və onun edəcəyi çıxışda Nurəngiz Gün bir damlaya dönüb, Jalə xanımın gözlərindən axdı... Xəyal Rzanın bu özünəməxsus ideyasını, birbirindən maraqlı çıxışların təsirini, dənizdə baş alıb gedən qərənfillərin kövrəkliyini, Jalə xanımın titrək səsini,  ilıq göz yaşlarını və layiq görüldüyüm Müşfiq Mükafatını köksümə sıxıb, evə yollandım.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə