![]() |
![]() ![]() |
O dünyaya məktublar!
II MƏKTUB
Hə...baba! Siz yenə də mənim sizə yazdığım növbəti məktubumu oxuyursunuz. Ötən məktubda söz verdiyim kimi bu məktubda da yeniliklərlə bağlı sizi məlumatlandıracam. Kişvərdə vəziyyət əladır. Yaz havası insanların üzlərini güldürür, qəlbini oxşayır. Bircə bu sərt Bakı küləyi və bu küləyin təsirindən havalananlar olmasa, daha yaxşı olar hər şey. Baba, əvəllər adamların üzündə nur axatarardılar, indi adamların özlərini axatarırlar. Nurun suyunu necə çıxarıblarsa, nurdan qaçırıq. Siz də oralarda nurdan, nuranilərdən uzaq durun. Aqil Abbas deyir ki, həddindən artıq tərbiyəli olmaq tərbiyəsizlikdir. Əla sözdür. Yəni hər şey əndazəsində yaxşıdır. Bəs görəsən həddindən artıq tərbiyəsizlik nədir? Qəzetlərin birində bir tərbiyəsiz var. Işi gücü eyni mövzuda şər-böhtan yazmaqdır. Ağzından şit iyi gəlir. Bax məncə həddindən artıq tərbiyəsiz elə odur. Biz burda tərbiyələndirə bilmədik, oralara gələndə siz dərsini verərsizniz. Ötən məktubda bir yazıçının Fəxri Xiyabanın havasını sevməsindən yazmışdım... Məktubdan xəbər tutan Xeyrəddin Qoca zəng eləmişdi. Dediyinə görə, öləndən sonra adama hava lazım olurmuş. Bunu hardan bilir, bax mənim xəbərim yoxdur! Görəsən cənnətin havası yaxşıdı, cəhənnəmin?! Deyəsən Aqil Abbas bununla bağlı roman yazır. Ucundan-qulağından eşitdiyimə görə, romanda tanınmış yazıçıların cəhənnəm macəralarından söz açılır. Romanda elə imzaların adı çəkilir ki, qorxuram romandan sonra Aqil müəllimi cənnətə qədər qovalar. Macəra dedim, yadıma İstanbulda Xeyrəddin Qocanın başına gəlmiş bir hadisə düşdü. Bir gün köməkcisi cənab konsul Xeyrəddin müəllimə deyir ki, Hindistanın konsulu gəlib, sizinlə görüşmək istəyir. Xeyrəddin müəllim də fikirləşir ki, adətən belə görüşləri iki gün öncədən xəbər edirlər, hazırlıqlar gedir, bu nə məsələdir belə?! Deyir, deyin gəlsin. Düşünür ki, bu kayfulla konsul yəqin oralardan keçirmiş, bizim konsulluğu görüb, deyib bir baş çəkim. Qarabala konsul oturur cənab konsulumuzun qənşərində, başlayırlar şirin söhbətə. Xeyrəddin Qoca eləmə tənbəllik Hindistanın kinolarının bizdə necə sevilməyindən, izlənməyindən söz açır. Baxır ki, bu danışdıqca konsul lap qaralır. Sən demə, bu korqalmamış Hindistanın yox, Pakistanın konsuludur. Bunlar da düşməndirlər axı. Xeyrəddin müəllim 360 dərəcə çevriliş edib, deyir elə Pakistan da bizim sevdiyimiz ölkədi. “Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olub Pakistan” – deyəndə, qarabala konsulun gözləri kəlləsinə transfer edir. Deməyəsən binəva Azərbaycan deyil, Birləşmiş Ərəb Əmirliklərinin konsulluğuna girməli imiş. Aydın Xanda da təxminən oxşar hadisə baş verib! Ancaq Aydın çaşıb Azərbaycan konsulluğuna yox, Azərbaycan banklarına girib... kreditlərə... O gün facebook statusunda yazıb ki, ayda 305 manat - məişət krediti, 629 manat - avtomobil krediti, 20 manat - ev pulu, 49 manat - elektrik haqqı, 10 manat ev telefonu, 10 manat mobil telefon haqqı, 19 manat - İnternet haqqı, 200 manat - kiçik kredit borcu , 7 manat - su pulu ödəyir. Hələ bunlardan başqa ərzaq, benzin, məişət xırdavatı, iki uşağa cibxərcliyi, evə lazım olan gündəlik tələbat malları, ictimai nəqliyyat pulu, işdə olarkən yeməkxana pulu, kitab, kino, muzey, teatr pulu, toylar, ad günləri, yubileylər, 4 nəfərlik ailənin dərzi, bərbər, həkim xidməti, dərman pulu, maşın yuma pulu da var imiş. Pah atonan, xərclərə baxe... axırda da yazıb ki, görəsən mən hələ sağam? Sayın Aydın Xan, təxəllüsün Xan olanda bilmirdin başına belə işlər gələcək? Görəsən cənab Əbilov ayda 400 manat maaşla bu xərcləri necə ödəyir. O hesabla indi Aydın Xanın bir neçə ilə milyon manat borcu yaranardı. Yox, deyəsən axı, bu, yalnız ismarıcdır. Maaşının qaldırılmasını istəyir yəqin. Nə isə... Bizə nə kiminsə alacağından və ya verəcəyindən. Siz çalışın növbəti məktuba qədər özünüzü qoruyun. Hələiksə, hələlik! Di, salamat qalın! Sağ olun, ey dilrilərdən ağıllı ölülülər!