![]() |
![]() ![]() |
Bu dünyadan o dünyaya məktublar
Hə... baba! Türklər demiş, nə mutlu bana ki, yenidən sənə məktub yazmaq şansım oldu. Allah mutluluğumuzu bozmasın. Səbəbkarların da çıxdıqları yol uğurlu olsun. Səbəbkarlarla bağlı az sonra ətraflı yazacam. Amma əvvəlcə qeyd edim ki, artıq hər həftə sənə yazdığım məktubları oxuya biləcəksən. Kişvərdə vəziyyət uruskidi. Son dönəmlər uruslar yaman hoqqalardan çıxırlar. Dünya yaman çalxalanır... lap nənəmin nehrəsi kimi. Allah axırını xeyir eləsin. Indi sonunda bu “nehrə”nin içindən nə çıxacaq Allah bilir. Yaxşı tərəfi odur ki, bizə dəyib-dolaşan yoxdur hələki. Səbəbkarlar demişdim ha, xırdalayım, anlaşılsın. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllim ciddi kadr dəyişikliyinə göstəriş verdi. Daha bundan sonra “Ədəbiyyat qəzeti”nin baş redaktoru Elçin Hüseynbəyli, “Ulduz” jurnalının baş redaktoru isə Qulu Ağsəsdir. Gözlənilən odur ki, “Ədəbiyyat qəzieti”nin arzuları çin olacaq, “Ulduz” isə ağ günə çıxacaq. Ədəbi cameədə nisbi sakitçilikdir. Hər kəs başını aşağı salıb yazmaqla məşğuldur. Hərdən “atəşkəs” pozulur, yaza bilməyənlər yazmaq niyyətilə yazanlardan yazmağa çalışırlar. Yazanlardan biri – Vaqif Səmədoğlu deyir ki, əvvəllər şairləri hökümdarlar, din xadimləri öldürürdü. Indi jurnalistlər öldürür. Düz deyir vallah. Qələm olanda yenə qələmin bir qeyrəti var idi, bu bilgisayarlar lap ağ eleyib. Bir də internet yenilikləri. Hərə bir dənə sayt açıb ağlına gələni, ağzından çıxanı döşüyür. Çingiz Abdullayevin kitabını tərcümə edənlərdən biri sütenyor sözünün mənasını çox axtarsa da, tapa bilməyib. Axırda məcburən kitabın adını “Sütenyorun qəlbi” qoyublar. Əslində məncə bir çoxları bu sözün tərcüməsini yaxşı bilirlər. Hələ görkəmli Xalq yazıçılarına çamur atanlar, daha yaxşı bilirlər.