Bu gün məni düşündüyünü hiss edirəm nədənsə…Bəlkə də yox, heç xatirlamirsan da… Mənsə… Mənsə yenə öz qəsdimə duracagam…Sənin üçün xəyalımda büsat quracagam…Yanar çıragımı, sən adlı qonagimi qarsilayacam yenə bu gün…Sən adlı qonagım xatirələrlə, nələrlə qonaq gələcək məne bu gün… .Xeyalımdakı sən mənə qonaq ikən istəsən yaddaşını səhifələ varaq-varaq…Keçdiyimiz kucələri dolaşaraq, məni bir az yada salib, bir cüt qırmızı qərənfillər alıb o görüş yerinə gedərsən...Bu dəfə mənlə yox, xeyalımla əyləşib yenə dərdləşərsən, sohbət edərsen…Danışarıq o ilk gündən, yenə dolmuş gözlərimi qaçıiraram, gizləyərem səndən…Titrek baxışlarım səndən gizlin yenə dikilər o kədərli, sanki dünyanın yükünü daşıyan o qemli gozlərinə…Yenə baxmanı istəmərəm mənim nəmli gozlərimə… Qəribə –qəribə suallar verərəm yenə…Sənsə sual vermə deyə yenə əsəbləşərsən həmişəkitək mənə…Şikayətlənərik tez ötüb keçən zamandan…Bizə ayrılıq biçən zamandan…Hərdən məni acilayarsan, , mənsə yenə də deyerəm-ne yaxşiki varsan…Hərdən kobud olarsan, hərdən bağışla deyərsən yenə…Hərdən buludtek dolarsan, hərdənsə gülümsəyərsən…Həmiəkitək… Gülürsən elemi?Düşünürsən bu dəlimi…Bəlkə də bu bir dəlilik, bəlkə də səmimilik…Al dediyim bir cüt al qərənfillərmi çaşdırdı səni?Yoxsa xəyalımla söhbət dolaşdırdımə seni?Senki heç vaxt güllərlə gəlməzdin görüşümə…Dogru…amma heç zaman bilmezdin…Bəlkə də sənə həle bir sirrdim mən…Bimezdinki elinde yox, qəlbində gətirdiyin o gülləri səndən xəbərsiz hemişə dərdim mən…O könül baxçandakı cənnəti gördüm mən…Sevgi çiçəklərindən nə qədər çələng hordüm sənə mən…Indi al dediyim al qərənfillər niyemi?Boş gəlməyəsen deyəmi?Yox…Sen ki hami kimi al qerənfillərin bəzədiyi yeri yaxşı bilirsən…Bəlkə də kovrəlmisən indi, gözlərini silirsən…Axi yoxam mın…Axi unutmusan məni sən… Getmisən…Məni çoxdan, lap çoxdan qəlbində dəfn etmisen…Ruhuma ruh qatan ruhunu ruhumdan ayırdıgün gundən, məni tənha qoydugun gundən səninçün yoxam axı…Qarşındakı mən yox, bir xeyaldısa, xeyalım seni senden azacıq aldısa ,əlindəki o qırmızı qərənfillər mənsiz soldusa, bir az da gəzlerin doldusa onda bir daha tuta bilməyəcəyinün bu əlləri, mən oturan o masanın üstə qoy o solmuş gülləri…Sonra çəkil bir az geri…Seyr et bir az sən bu mənzərəni,bu yeri…Bir az xatirla gülünü-səni səndən də çox sevən sevgilini… Mən olsam da olmasam da, yaddaşinda qalmasam da bilki mənim zirvəmdəki qarımsan sən…Dovletimsən, varımsan sən… Yaşasam da səni sənsiz, sən rahat olsan da mənsiz, sevgisinə and içdiyim, sevgi verib qem biçdiyim bir ömürlük yarımsan sən…Səni qəlbimdən atmadim, bir an olsun unutmadım..…Xəyalımda hür gun mənim qonagımsan…Ölməmisən mənim üçün sagsan…Xəyalümda ayrılıgı bitirmisən, urəyini hələ mənə hədiyyə de gətirmisən…Mənə yenə sən her kəsdən yaxin kəssən…Necəsənsə,nəcürsənsə mənim üçünə elə bəssən…Ruhum uçub bu bədəndən…Heç olmasa səni unutmagımı istəmə məndən…Yenə sənə səni sevirəm dediyimçən, seni hər halinlə sevdiyimçün məni bağışla ısevgilim…Mən anladım ki çox zaman arzular xəzəl olurmuş...Sən hardasansa nə fərqi var –səni uzaqdan sevmək də gözəl olurmuş...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə