Bu günə qədər heç kimin "bostanına daş atmamışam", atmaq fikrində də olmamışam. Lakin son düvrlər Şərif ağ eləyir. Facebook sosial şəbəkələrində paylaşdığı "bibər qazı" tərkibli statusları gözümü yandırır və saytlarda yayılan alt qatında Türkcülüyə, bu millətə, bu millətin ziyalılarına, milli dəyərlərinə olnan nifrət hissiylə yazılmış köşə yazıları məni münasibət bildirməyə məcbur edir.

Şerif Ağ məlum olduğu kimi bu günə qədər bir çox nüfuzlu şəxsiyyətləri, o cümlədən canlı klassik olan, əsərlərini sevə-sevə oxuduğumuz, örgəndiyimiz Anar Rzayevi əxlaqsız şəkildə tənqid və təhqir edib. Anar müəllim sayəsində antireklam onun üzərinə sayt və qəzet jurnalistlərinin diqqətini çəkdi. Nəticədə Şərif bəy, bu palçıqlı addımların "xeyrini" gördü. Ayda bir dəfə əsəblərə toxunan çıxışları və mənasız, yersi atmacalarıyla (bu bir növ qaloşu təzə batan adamın məclisdə iy verməsinə bənzəyir) arı yuvasına çöp uzatmaqda davam edir. Onun bu kimi çıxışları da əslində məni çox hiddətləndirmişdi və statuslarına bir-iki dəfə rəy yazmışdım. (axıra qədər dözməyib dostluqdan çıxartmağa gücü çatdı) Bu günə qədər Fikrimi geniş şəkildə bildirmirdim ki, bunu Anar müəllimə yarınmaq kimi qiymətləndirməsin bəy. Çünki mən əslində Anar müəllimlə heç kəlmə kəsməmişəm. Şəxsi tanışlığımız yoxdu. Bu dəfə ki, təhqir obyekti mərhum xalq Şairi Bəxtiyar Vahabzadə olduğundan səbir kasam daşdı. Bu artıq özündən müşdəbeh olan köşə yazarının bir növ harınlaması və sayıqlamasıdı. Köşə yazısında verdiyi analizi və müsahibəsində "20 Yanvar günü "Şəhidlər" poemasını efirdən bir daha eşitdim və bu əsərin zəif olması ilə bağlı status yazdım." deyən Şərif bəyin ədəbi duyumu, mətni görmə istedadı sanki yağışdan sonrakı göbələk kimi "20 yanvar" günü ortaya çıxdı. Bu göbələkşəkilli proqnozla mənim kimi "əsəbləri və ürəyi zəif olanlar"ın heysiyyətinə toxunmağı bacaran Şərif Ağ eyni zamanda mərhum bir xalq şairini "əqidəsiz " adlandırmaqla başından böyük qəbahətə yol verdi. Mən bu etirazımla Şərəf bəyin bəsirət gözünü açmağa çəhd etmək istəyirəm ki, B. Vahabzadənin hansı əqidənin sahibi olduğunu bəlkə başa düşə. Hərcənt ki, "Qanmaq-qanmamaq" çox çətin məsələdi:

Qanmazın qandığı bir şey var ancaq:

Özünü hər yerdə düz, doğru saymaq!

O, elə bilir ki, səhv edə bilməz,

Bir müşkül önündə ağlı yenilməz.

Onun əməlində olmaz bir "xəta",

Ondan ağıllısı yox bu dünyada.

 

 

Bu ədəbiyyatdan xəbəri olan sadə oxucudan tutmuş akademik bilik sahibinə qədər hər kəsə məlumdur ki, B. Vahabzadənin yalnız dili deyil, ruhu, ilhamı düşüncəsi xalqıyla, millətiylə, türkcülüyü ilə qaynayıb-qarışıb:

Mən xaliq demədim,

Xalq dedim!

Nədən?

Xalqımdır, elimdir xaliqim mənim.

Onun dostlarına dost demişəm mən,

Onun düşmənidir, mənim düşmənim.

 

O hələ Sovet dövründə yaradacılığıyla, pedoqoji fəaliyyətiylə çalışırdı ki, Azərbaycanlılar öz doğma türkcələrində danışsınlar, öz dillərinə bağlı olsunlar, özlərini dərk etsinlər. Şair bu millətə öz dilini "Ana dili"ndə sevdirdi:

Dil açanda ilk defe ‘ana’ söyleyirik biz ‘Ana dili’ adlanır bizim ilk dersliyimiz İlk mahnımız laylanı anamız öz südüyle İçirir ruhumuza bu dilde gile-gile.

Bu dil – bizim ruhumuz, eşgimiz, canımızdır, Bu dil – birbirimizle ehdi-peymanımızdır. Bu dil – tanıtmış bize bu dünyada her şeyi Bu dil – ecdadımızın bize qoyup getdiyi En qiymetli mirasdır, onu gözlerimiz tek Qoruyub, nesillere biz de hediyye verek.

Daha çox bədii sitatlar gətirməyə B. Vahabzadənin yaradıçılığı imkan verir. Lakin düşünürəm ki, "Arif bir işarədən qanar" məsəlini Şərif Ağ eşitməmiş olmaz, ona görə də uzatmıram. B. Vahabzadənin əqidəsi, məqsədi xidmətləri göz qabağındadır. Yazdığı əsərləriylə bu millətə, Türk dünyasına son nəfəsinə qədər xidmət edib. Xalqıyla meydana çıxıb, millətinin qarşısında gedib, qardaş qanını yatırdıb. Bir kəlməsiylə millət ayağa durub. Bu olub Bıxtiyar Vahabzadə! Şərif bəyin ədəbi kriteriyası (?)na uyğun gəlməyən "zəif əsər" "Şəhidlər" poeması bu millətin azadlıq uğrunda qeyrətini, igidliyini və amansızlıqla qətlini bütün Türk dünyasına yaymaqla yanaşı tarixdən tarixə daşıyır. O poemanın öz missiyası var və davam edir.

Qənatim budur ki, bu gün Şərif Ağayarın başlıca məqsədi bu millətin sevdiklərinə, dəyər verdiklərinə özünü sürtək onları çirkaba bulaşdırıb gözdən salsın. Odur ki, mənim üçün Şərif Ağayar bu sadə, mehriban, dostcanlı Azəri türklərinin düşmənidi. Necə ki zaman-zaman belə xislətli "dostlar"ımz ətrafımızda, süfrəmizin başında olub və bu milləti öz gözündən salmağa çalışıb. Bu elə bir məkirli və qorxunc siyasi addımdır ki, partlayışdan sonrakı radiasiya zəhərlənməsiylə bir tutula bilər. Beyinləri, xüsusiylə quşbeyinləri asanlıqla iflic edər. Nəticədə öz millətinə, vətəninə, böyük şəxsiyyətlərinə, dəyərlərinə nifrət eləyən mutantlar yaradır. Necə ki, Şəriş bəy artıq Kanada inəklərinə meyil salıb. (Neyləyək. Adam vətəni seçə bilmir. Yoxsa məmnuniyyətlə Kanadada naxırçılığı seçərdim.-red: müsahibəsindən)

Şərif Ağın ədəbi baxış bucağına görə B. Vahabzadə orta səviyyəli şair olub. Maraqlıdı bəs o baxışla özünə baxanda yerini harda görür? Bu günə qədər yazdığı əsərin hansı B. Vahabzadənin əsərlərinin sambalına çatıb? "Bir salama dəymədi", "Qul bazarı" "İki dost", "Gülüstan" və s. hər biri ayrı-ayrılıqda Şərif bəyin bütün külliyatı deyilmi? Güman edirəm ki, Şərif Agın növbəti straji hədəfi Xəlil Rza Ulutürkdü. Lakin əbəs yerə zəhmət çəkməyə dəyməz, bu millət atı itdən seçməyi bacarır. Bu məkirli ədəbi siyasi gedişlər bumeranq kimi atılan nöktəyə qayıdacaq. Odur ki, enerjini yaxşı və samballı əsərlər yazmağa sərf etmək daha məsləhətlidir. Ordan, burdan qovula-qovula, şanın şanına, şöhrətin- şöhrətinə, sözün-sözünə çatmayan adamların yaxasını buraxmaq lazımdı. Çünki yaxadan yıxılan ayaq altından qalar. Bu da məndən məsləhət, sırğa elə as qulağa. Sonda Şərif bəyə üzümü tutub xoşa-xoşluqla, qələm yoldaşı kimi deyirəm: Şerif bəy, avaralanma! Uçanda da çalış dumana düşməyəsən, quzğunlar yeyər səni!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə